Accessibility links

"İntihar həddinə çatdıran" ağrıları aradan qaldıran əməliyyat


"İntihar həddinə çatdıran" ağrıları aradan qaldıran əməliyyat
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Ümumdünya Səhiyyə Təşkilatına əsasən, dünya boyu təxminən 25 milyon insan onurğa beyninin zədələnməsindən əziyyət çəkir. Bu, iflicə yol açır və  insanların əl və ayaqlarından istifadə etmələrini çətinləşdirir. Onurğa beyninin zədələnməsinin az bilinən yan təsiri nevropatik ağrıdır. Bu, bədənin düzgün hissiyatı olmayan hissələrində elektrik şok və bıçaq zərbəsi hissi yaradır. Bu halların təxminən 10 faizində nevropatik ağrı o dərəcədə amansız olur ki,  ağrıdan əziyyət çəkənlər inithar etməyi düşünür. Bir çox ağrı eksperti hesab edir ki, ağrı “insanların başında” olur və bu, terapiya ilə dərmanlar vasitəsilə nəzarət altında saxlanıla bilər. Denverli nevrocərrah isə daha da uğurlu bir yol tapıb – o, beyini müalicə etmək əvəzinə zədələnmiş onurğa beynindəki “qaynar nöqtələri” sakitləşdirir.

XS
SM
MD
LG