Accessibility links

Koroğlu körpüsündə intihara cəhd edənin həyatı xilas edilib


Koroğlu körpüsündə intihara cəhd edənin həyatı xilas edilib
Koroğlu körpüsündə intihara cəhd edənin həyatı xilas edilib

İntihara cəhd edən Zərdab rayon icra hakimiyyəti başçısından şikayətlidir

Bakı Metropoliteninin “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edən Səbail rayon sakini Fəqan Nəsibov baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilərək dinlənilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə F.Nəsibovun müraciəti Baş prokuror tərəfindən nəzarətə götürülməklə şikayət ərizəsində göstərilən xüsusatların qanuna müvafiq qaydada araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

***

"Koroğlu" körpüsündə intihar etmək istəyən Sadiq Nəsirov xilas olunub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu aşağı düşürüb.

Deputat Qənirə Paşayeva da Sadiq Nəsirovla telefonla danışıb və onun problemləri ilə məşğul olacağına söz verib.

Sadiq Nəsirovun Zərdab rayon icra hakimiyyəti başçısı barədə yazdığı şikayət məktubu açıqlanıb. O məktubunda yazıb ki, Zərdab rayonunun icra hakimiyyəti başçısı Lütvəli Babayev bir neçə il qabaq Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı olarkən ondan 65 min manat pul alıb və indiyədək qaytarmır”.

***

İntihara cəhd edən kişi Zərdab rayon icra hakimiyyəti başçısından şikayətçidir. O bu barədə məktubunda yazıb. Həmçinin deputata Qənirə Paşayeva ilə görüşmık istədiyini bildirib. Bu barədə Amerikanın Səsinə Fövqəladə Hallar Nazirliyindən bildirblər.

Deputat Qənirə Paşayeva hazırda hadisə yerinə getdiyini deyib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları intihara cəhd edəni körpüdən düşürmək üçün danışıq aparır. Orada təhlükəsizlik döşəyi qurulub.

***

Bu saatlarda bir nəfər 50 yaşlında kişli Koroğlu körpüsündən özünü ataraq intihar edəcəyini bildirib. Kişi hazırda körpüdədir və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onunla söhbət aparır.

Fövqəladə Hallar Nazirliyindən Amerikanın Səsinə bildiriblər ki, hələ intihar edənin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

“İntihar etmək istəyən şəxs icra hakimiyyətindən şikayət edir. O şikayəti ilə bağlı yerə məktub atıb. Məktubu polis əməkdaşları götürüb.

Bu səbəbdən onun hansı rayon icra hakimiyyətindən şikayət etdiyini müəyyən etmək hələ mümkün olmayıb”.

Son aylarda artıq üçüncü şəxs intihar üçün “Koroğlu” körpüsünə qalxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG