Accessibility links

Sahibkar intihara cəhd edib


Sahibkar özünü yandırmaqla intihar etmək istəyib
Sahibkar özünü yandırmaqla intihar etmək istəyib

Fevralın 5-də Bakıda Nəqliyyat nazirliyinın qarşısındakı körpüyə çıxaraq özünü yandırmaqla intihar etmək istəyən şəxs xilas edilib.

Danışqlar vasitəsilə onu körpüdən endirən Fövqəladə Hallar Nazilriyinin və Yasamal rayon Polis İdarəsinin əməkdşaları aparıblar. İntihara cəhd edən şəxsin jurnalistlərlə təmasına imkan verilməyib.

Hadisənin şahidlərindən biri Amerikanın Səsinə bildirib ki, intihara cəhd edən şəxsin əlində benzin olub və Azərbaycan bayrağına bürünüb.

Yerli media məlumat verir ki, özünü yandırmaq istəyən şəxs sahibkar Dönməz Abdullayevdir. O, intihara cəhd etməsinin səbəbi kimi sahibkarlıq fəaliyyətilə məşğul olmasına imkan verilməməsini göstərib. D.Abdullayev “Amal-D” MMC-inin rəhbəridir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG