Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, intihar hallarının 75 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir.

2012-ci ildə intihar ikinömrəli ölüm səbəbi olub. Bu il təşkilatın statistikasına görə, intihar 15-lə 29 yaşlı insanlar arasında ölüm hallarının 15-ci səbəbi kimi qeydə alınıb.

İntiharın qarşısı alına bilər

Səhiyyə ekspertlərinin bildirdiyinə görə, intiharın qarşısını almaq mümkündür. Bu məqsədlə sentyabr ayının 10-u İntiharın Qarşısının alınması günü kimi qeyd edilir.

İntihar ciddi əqli problemləri olan insanlarda 4-cü stadiyadır

ABŞ-ın Əqli Sağlamlıq Mərkəzinin prezidenti Pol Qionfriddo intihar hallarını xərçəngin sonuncu stadisiyası ilə müqayisə edir.

“İntihar ciddi əqli problemləri olan insanlarda 4-cü stadiyadır. Bu, xronoki xəstəlikləri olan insanlarda da müşahidə edilir”-deyə o bildirir.

Ümumdünya Səhiyyə Təşkilatının veb səhifəsində deyilir ki, depressiyanın erkən çağlarınını müəyyən edilməsi və spirtli içkilərin hədsiz qəbulunun dayandırılması ilə intiharların qarşısını almaq olar. İcmalarda intihara cəhd edən insanlara psixoloji dəstək verilməlidir.

Silah və intihar

Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrini intiharlara mane olmağa çağırır. Statitistik göstəricilərə görə, intiharların yarısı silahlarla həyata keçirilir. Buna görə də silahlara nəzarət qanunlarının gücləndirilməsinə ehtiyac duyulur.

Amerikanın İctimai Səhiyyə Assosiasiyasının icraşı direktoru Corc Bencaminin dediyinə görə, vəziyyəti silahlara nəzarət etməklə dəyişmək olar.

Hər 40 saniyədə bir ölüm

Hər il dünyada 800 min adam intihar səbəbi ilə dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı bunu hər 40 saniyədə bir nəfərin ölümü ilə izah edir. Bu, icmalar və ailə üzvlərinə ciddi travma hesab edilir.

İnsanları intihardan uzaqlaşdırmaq cəhdləri artırılmalıdır. Bu iş asan olmasa da, yas mərasimindən daha rahatdır.

XS
SM
MD
LG