Accessibility links

“İntihar halları artıb”


intihar
intihar

Yanvarın 26-da Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzində əhalinin psixi sağlamlığının maarifləndirilməsi mövzusunda tədbir keçirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə intihar cəhdləri zamanı ilkin psixoloji yardım üsulları müzakirə edilib.

Səhiyyə Nazirliyinin tədbiri ölkədə tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməsindən bir gün sonraya təsadüf edir. Psixoloqun intihar etməsi sosial şəbəkələrdə və mediada geniş müzakirələrə və tənqidlərə yol açıb.

Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova bildirib ki, ötən illərlə müqayisədə intihar halları cüzi də olsa artıb.

“Belə ki, 2013-cü ildə bu göstərici 415 idisə, 2016-cı ildə bu rəqəm 535 nəfər olub. Təbii ki, statistikadan kənar qalan faktlar da olur".

Onun sözlərinə görə, uşaqlar arasında intihar halları 2013-cü ildə 18 idisə, keçən il 29 olub. Qadınlar arasında intihar halları kişilərə nisbətən iki dəfə çoxdur.

"Danılmaz faktdır ki, bu gün Azərbaycanda intiharlarla bağlı problemlər yaşanır. İntihar hallarına bütün yaş qruplarında rast gəlinsə də, əsas yaş həddi 18-35-dir. Təbii ki, səbəblər də müxtəlifdir. Bura psixoloji, sosioloji, bioloji, ailə-məişət faktorları, insanlarda ruh keçidinin olması, genetik problemlərin olması aiddir", o, vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG