Accessibility links

İntihara cəhd edən şəxs: Kredit borclarımı ödəyin


İntihara cəhd (Foto Report.az saytından götürülüb)
İntihara cəhd (Foto Report.az saytından götürülüb)

Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində intihara cəhd hadisəsi baş verib. “Report” saytının hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə qəsəbənin “Q” massivində 3 saylı binada baş verib.

Belə ki, şəxsiyyəti məlum olmayan kişi binanın damına çıxaraq oradan özünü atmaq istəyib. Həmin şəxs aşağıda yığışan insanlardan ona banklara olan külli miqdarda borcunu ödəmək üçün köməklik göstərməyi xahiş edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb edilib. İntihara cəhd etmək istəyən şəxslə qısa söhbətindən sonra onu fikrindən çəkindirmək mümkün olub. Adı açıqlanmayan şəxs Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinə aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG