Accessibility links

Amnesty İnternational: İntiqam Əliyevi həbsdən dərhal azad etməyə çağırırıq


İntiqam Əliyev (Foto Ülvi Həsənlinindir)

İntiqam Əliyev (Foto Ülvi Həsənlinindir)

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı “vicdan məhbusu” İntiqam Əliyevin səhhətinin pisləşməsindən və ona tibbi yardımın göstərilməsindən imtina edilməsindən narahatdır.

Amnesty İnternational Azərbaycan hakimiyyətini İ.Əliyevi həbsdən dərhal azad etməyə və ona lazımi yardımın göstərilməsini təmin etməyə çağırır.

Bəyanatda həmçinin İ.Əliyevin müdafiə hüququnun məhdudlaşdırılması ilə bağlı narahatlıq ifadə olunur.

Kürdəxanı təcridxanasında saxlanılan İ.Əliyev oktyabrda müayinə edilib. Onda osteoxondroz və protruziya (bel yırtığı) aşkar edilib. Buna baxmayaraq, onu kamerada saxlayaraq ambulator müalicə təyin ediblər ki, bu da nəticə vermir.

“Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin barəsindəavqustun 8-də həbs qətimkan tədbiri seçilib. O, vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunur.

İ.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Amnesty İnternational Əliyevi”vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG