Accessibility links

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə məhkəmə prosesi başlayacaq.

Müdafiə tərəfi İ.Əliyevə bəraət verilməsinə nail olmaq niyyətindədir.

İntiqam Əliyev avqustun 8-də həbs olunub. O, vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunur. Sonradan ona qarşı mənimsəmə və vəzifə saxtakarlığı üzrə ittihamlar da irəli sürülüb.

İ.Əliyev bütün ittihamları rədd edərək siyasi motivli sayır.

Amnesty İnternational İ.Əliyevi ”vicdan məhbusu” kimi tanıyıb.

XS
SM
MD
LG