Accessibility links

İntiqam Əliyevin səhhətində problem yaranıb


İntiqam Əliyev (Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri)

İntiqam Əliyev (Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri)

Vəkil Cavad Cavadov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi İntiqam Əliyevin səhhətində problem yarandığını yazıb.

Vəkil Facebook səhifəsində yazıb: “Mayın 15-də İntiqam Əliyevlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getmişdim, İntiqam müəllim görüşə gəlmədi və xəbər göndərdi ki, belində kəskin ağrılara görə hərəkət edə bilmir, çox həyəcanverici bir xəbərdir. Hal-hazırda Penitensiar Xidmətə və Bakı İstintaq Təcridxanasına müraciətlər hazırlayıram”, o qeyd edib.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsindən hüquq müdafiəçisinin səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb. İş günü başa çatdığından əlaqə telefonuna cavab verən olmayıb.

XS
SM
MD
LG