Accessibility links

İntiqam Əliyev və Rəsul Cəfərovun apellyasiya şikayətinə baxılacaq


 Dayəlik işi üzrə məhkəmə prosesi gedir

Dayəlik işi üzrə məhkəmə prosesi gedir

Iyulun 21-də saat 11-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətlərinə baxılacaq.

Bakı Apellyasiya Məhkəməsində “Hüquq Maarifçiliyi” Cəmiyyətinin sədri, hüquq müdafiəçisi İntiqam Əliyevin barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış iclası iyulun 6-da olub.

Məhkəmə İntiqam Əliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilərək, girov və ya ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsi və apellyasiya şikayətinə məhkəmə istintaqı ilə baxılması barədə vəsatətləri təmin etməyib.

İntiqam Əliyev 8 avqust 2014-cü ildə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham elan edilib.

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Əliyevə 7 il 6 ay həbsə məhkum edilib.

O, ittihamıarı qəbul etmir, həbsinin siyasi sifariş olduğunu bəyan edib.

“Amnesty İnternational” İ.Əliyevi “vicdan məhbusu” elan edib.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Cəfərov 2015-ci il aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay azadlıqdan məhrum edilib

"Amnesty International" təşkilatı onu “vicdan məhbusu” elan edib.

Hökmdən sonra R.Cəfərov onun saxta, siyasi sifarişli olduğunu bildirib.

XS
SM
MD
LG