Accessibility links

Fransa istehsalı olan “Toxunulmaz” adlı bədii filmi gerçək həyatda baş vermiş hadisəyə əsaslanır. Filmdə baş rollardan birinin ifaçısı Ömər Su 2012-ci ildə keçirilən Sezar mükafatı mərasimində “Toxunulmaz” filmindəki Driss roluna görə ən yaxşı aktyor mükafatı almaqla “Artist” filmin nominantı Jan Düjardini geridə qoymuşdu

Film həyat yoldaşını bədbəxt hadisə zamanı itirmiş şikəst, amma riski sevən varlı zadəgan haqdadır. Onun həyatı bir zamanlar məhbus olmuş, gənc, komik, zənci müsəlmanı özünə köməkçi götürərkən dəyişir. Onların arasında münasibətlərin möhkəmliyi dostluğun hər növ sosial və iqtisadi fərqliliyə üstün gəldiyini sübut edir. Film 2011-ci ildə Tokyo beynəlxalq film festivalında Tokyo Sakura Prix mükafatına layiq görülmüş və baş rolların ifaçıları Fransua Kluzet və Ömər Su ən yaxşı aktyor qismində tanınmışlar.
“Toxunulmaz” filminin kino rejissoru Oliver Nakaçidir. Baş rolları Ömər Su, Frankois Kluzet, Anna Li NiŞ Audrey Fleurot və Klotide Molet ifa edirlər.

Gerçək həyata həsr olunmuş “Toxunulmaz” adlı yeni film bu həftənin sonu ABŞ kinoteatr ekranlarına çıxacaq.
XS
SM
MD
LG