Accessibility links

Nemət Əliyev: İnvestisiya qoyuluşu 8.7 milyard dollar azalıb


Nemət Əliyev

Nemət Əliyev

Son iki ildə investisiya qoyuluşu 57% və ya 8,7 milyard dollar azalıb. Azalmanın 39%-i ötən ilin, 60%-i isə bu ilin payına düşüb. Ötən illə müqayisədə bu il vəziyyət daha çox pisləşib. Bu barədə iqtisadçı Nemət Əliyev Facebook səhifəsində yazıb.

Bir il əvvəlki vəziyyətlə müqayisədə bu il bu göstərici emal bölməsində 69%, qeyri-neft sənayesində 73%, kənd təsərrüfatında 66%, xidmət sahələrində 73% pisləşib.

Onun sözlərinə görə, bu ilin 9 ayında bütün mənbələrdən ölkə iqtisadiyyatına vur-tut 6,5 milyard dollar sərmayə yatırmaq mümkün olub.

“Bir il əvvəlki vəziyyətlə müqayisədə bu il bu göstərici emal bölməsində 69%, qeyri-neft sənayesində 73%, kənd təsərrüfatında 66%, xidmət sahələrində 73% pisləşib. Hətta neft sektoruna yatırımlar da azalıb. Dövlət Statistika Komitəsinin açıqladığı 9 aylıq iqtisadi və sosial inkişafa dair makroiqtisadi göstəricilərin təhlilindən bu nəticələrə gəlmək mümkün olub”.

Neft qiymətlərinin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ağır zərbə vurub.

Neft qiymətlərinin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına ağır zərbə vurub.

İqtisadçı hesab edir ki, əlverişli şərait təmin edilməzsə, Mərkəzi Bankın yarıtmaz pul-kredit siyasətinə son qoyulmazsa, dövlət büdcəsinin icrası sahəsində özbaşınalıq dayandırılmazsa, sahibkarların çıxışdırılması durdurulmazsa, monopoliya, korrupsiya, haqsız rəqabət yığışdırılmazsa, qanunlar işlək vəziyyətə gətirilməzsə, tənəzzülü cilovlamaq mümkün olmayacaq.

XS
SM
MD
LG