Accessibility links

Birləşmiş Ərəb Əmirlikləri İordaniyaya hərbi yardım göndərib


İordaniya isə İslam Dövlətinə qarşı hava hücumlarını 3 gündür davam etdirir

İordaniya qırıcı təyyarələri 3 gündür İslam Dövləti yaraqlılarının hədəflərini vurmağa davam edir. Yaraqlılar isə hava hücumları nəticəsində bir amerikalı girovun öldüyünü bildirir.

İordaniya İslam Dövlətini hədəf alan hava hücumlarının dekabr ayında Suriyada girov götürülən və vəhşicəsinə öldürülən pilotun qisasının başlanğıcı olduğunu bildirib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İordaniyanın hava hücumlarına kömək məqsədilə bu gün F16 qırıcı təyyarələri squadronu göndərib. Məluamtı dövlət xəbər agentliyi olan WAM yayıb.

İordaniya və BƏƏ İraq və Suriya ərazisində zəbt edilmiş əraziləri hədəf alan ABŞ başçılıq etdiyi etdiyi hava hücumu koalisiyasına daxildir. Koalisiya qüvvələrinin hücumları bu gün davam etsə də, İslam Dövləti tərəfindən əsir götürülən amerikalı humanitar yardım işçisinin taleyi hələ də məlum deyil.

Kayla Muellerin ailə üzvləri dünən açıqladıqları bəyanatda onun sağ olduğuna ümid etdiklərini bildiriblər.

XS
SM
MD
LG