Accessibility links

Onlardan biri İslam Dövlətinin geri istədiyi Səcidə Əl-Rişavi də olub

İordaniya İslam Dövləti qrupunun iordaniyalı pilotu qəddarcasına öldürməsinə cavab olaraq iki yaraqlını edam edib.

Rəsmilər deyir ki, 2005-cü ildə İordaniya paytaxtı Əmmanda bomba hücumunda roluna görə Səcidə Əl-Rişavi və Əl-Qaidə ilə yaxın əlaqələri olan başqa bir iraqlı Ziyad Əl-Karbli bu gün edam ediliblər.

İslam Dövləti qrupu məhbus mübadiləsinin bir hissəsi kimi Əl-Rİşavinin sərbəst buraxılmasını tələb etmişdi. Ancaq İordaniya razılığın həyata keçməsi üçün keçən ilin dekabrında qəzaya uğrayan hərbi təyyarədən girov götürülən pilot Muat Əl-Kaseasbehin yaşamasına dair sübüt göstərməsini istəmişdi.

Dünən yayımlanan dəhşət doğuran video göstərir ki, dəmir barmaqlıqlar içərisinə salınan pilot daha sonra yandırılaraq öldürülür.

"ABŞ kəşfiyyat icması videonun həqiqiliyini şübhə altına alan heç bir səbəb görmür," deyə ABŞ Milli Kəşfiyyat Agentliyinin Direktorlar İdarəsinin mətbuat katibi Brayan Heyl bildirib.

XS
SM
MD
LG