Accessibility links

İordaniya İslam Dövlətinin heçən həftə pilotun yandırılmasını göstərən videosunu yaymasından bəri yaraqlıların hədəflərinə qarşı 56 hava hücumu həyata keçirdiyini bildirib.

General Mənsur Əl-Cabur deyib ki, hava qüvvələri öldürülən pilot Muaz Əl-Kasabenin "qisasını alıb". Caburun sözlərinə görə, qırıcı təyyarələr İslam Dövlətinin təlim düşərgələrini, partlayıcı maddələr və yanacaq depolarını vurub.

Cabur keçən ilin sentyabr ayında İordaniyanın ABŞ-ın başçılıq etdiyi koalisiyaya qoşulmasından bəri 7 mindən çox İslam Dövləti yaraqlısının öldürüldüyünü bildirib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İordaniyanın hava hücumlarına kömək məqsədilə dünən F16 qırıcı təyyarələri squadronu göndərib. Məlumatı dövlət xəbər agentliyi olan WAM yayıb.

İordaniya və BƏƏ İraq və Suriya ərazisində zəbt edilmiş əraziləri hədəf alan ABŞ başçılıq etdiyi etdiyi hava hücumu koalisiyasına daxildir. Koalisiya qüvvələrinin hücumları bu gün davam etsə də, İslam Dövləti tərəfindən əsir götürülən amerikalı humanitar yardım işçisinin taleyi hələ də məlum deyil.

XS
SM
MD
LG