Accessibility links

İslam Dövləti yaraqlıları İordaniya hərbi təyyarəsini vurub


İordaniyanın hərbi təyyarə Suriyanın şimalına düşüb və pilot İslam Dövləti qrupu yaraqlıları tərəfindən ələ keçirilib.

İordaniya ordusunun verdiyi məlumatda deyilir ki, pilotun həyat və təhlükəsizliyinin məsuliyyətini militantlar daşıyır.

Britaniyada yerləşən Suriya İnsan Haqları Təşkilatı bildirib ki, Raqqa şəhəri yaxınlığında İslam Dövləti qrupu yaraqlıları hərbi təyyarə vurub. Şəhər militantların əsas istinadgahı olaraq qalır.

İordaniya, Bəhreyn, Səudiyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın başçılıq etdiyi İslam Dövləti qrupuna qarşı hava hücumlarında rol oynayır.

Sentyabr ayının sonlarından bu gunə qədər müttəfiqlər militantlara qarşı 550 hava hücumu həyata keçirib.

XS
SM
MD
LG