Accessibility links

ABŞ İordaniyaya F-16 tipli Patriot raketləri göndərir


ABŞ bu ayın sonunda İordaniyaya F-16 tipli Patriot raketləri göndərir. Bu, Suriya kimi ölkələrin zorakılıqlarına qarşı planlaşdırılmış hərbi təlimlərin bir hissəsidir.

Suriyanın Livandakı Hizbullahı raketərlə təmin etməsi narahatlıqların artmasına yol açıb.

Bu gün Rusiya və Avropa İttifaqının görüşü Suriya müxalifətinin dəstəklənməsi səylərini kölgə altına alıb. Əsəd rejimini dəstəkləyən Rusiya prezidenti Vladimir Putin müzakirələrə ev sahibliyi edib.

Ötən həftə Avropa İttifaqının Suriya müxalifətinin silah embarqosunu ləğv etməsi rəqib döyüşçülərin silahla təmin edilməsinə yol açıb.

Bu arada, Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupu Suriyanın qırıcı təyyarələrinin Qusair şəhərini bombardman etdiyini xəbər verir. Suriya qüvvələrinin Hizbullahın müşayiəti ilə hücumları artıq üçüncü həftədir ara vermir.

Həkimlər şəhərdə 300-dən artıq yalanmış insanın müalicə üçün evakusiya edilməli olduğunu deyir. Humanitar yardım qrupları yaralıların sayının 1500-ə çatdığını təxmin edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG