Accessibility links

Bu gün İordaniyada parlament seçkiləri keçirilir. Müxalifət səsverməni boykot edib. İordaniyalılar 150 yerli yeni Deputatlar Palatasının nümayəndələrini seçir.

Parlamentə Kral Abdullanın seçdiyi 60 yerli Senat da daxildir.

İordaniya kralı baş nazir də daxil edilməklə, yüksək vəfizəli şəxslərin seçkilərində dəyişiklik ediləcəyinə vəd edib. Vəzifəsindən getməyə hazırlaşan baş nazir Abdulla Ensur seçkiləri şəffaf adlandıraraq, bunu hökumətin vədlərinə sədiq qaldığının nümunəsi kimi qiymətləndirib.

Lakin Müsəlman Qardaşlarının başçılıq etdiyi müxalifət seçki sisteminin kralın qəbilə regionlarındakı tərəfdarlarının mənafeyinə xidmət etdiyini bildirir.

6.5 milyon əhalisi olan İordaniyada 2.3 milyon insan səsvetmə hüququna malikdir.
XS
SM
MD
LG