Accessibility links

İordaniya Suriya sərhədində avtomobilə yerləşdirilmiş bomba partladılıb


İordaniya ordusunun rəsmisi bildirib ki, ölkənin Suriya ilə sərhədində avtomobilə yerləşdirilmiş bombanın partladılması nəticəsində altı əsgər həlak olub, 14 nəfər isə yaralanıb.

İordaniya hərbi qüvvələrinin bəyanatında bildirilir ki, partlayış Rukban ərazisində, Suriyadakı zorakılıqlardan qaçaraq İordaniyaya pənah gətirən on minlərlə qaçqının sığınacaq tapdığı düşərgədən bir neçə yüz metr məsafədə baş verib.

Hücuma görə məsuliyyəti dərhal öz üzərinə götürən olmayıb. İordaniyanın ordu rəsmisi partlayış nəticəsində ərazidə olan maşınlara zərər dəydiyini deyib, lakin təffərrüatlara varmayıb.

BMT-nin hesablamalarına görə İordaniyada 650 mindən çox qaçqın sığınacaq tapıb.

Səkkiz milyon əhalisi olan ölkə Suriya ilə sərhəd bölüşən digər ölkələr kimi qaçqın axını ilə üzləşir. BMT-nin yardım üçün maliyyə toplanılması səyləri gözlənilən nəticə verməyib.

XS
SM
MD
LG