Accessibility links

Ayova ştatında seçicilər partiyanın vahid namizədini müəyyən edir [Yenilənib]


Bu gün Amerikada prezidentliyə namizədlərin ilkin seçkiləri başlayıb. Aylarla sürən seçkiqabağı kampaniyalar, yürüşlər, debatlar və çıxışlardan sonra bu gün Ayova ştatında seçicilər namizədlərinə səs verir.

Rəy sorğularına görə, respublikaçılar və demokratların nominasiya edəcəyi namizədlər arasında fərq olduqca azdır.

Prezidentliyə Respublikaçı iddialılar arasında Donald Tramp, Ted Kruz və Marko Rubio güclü dəstəyə malikdirlər.

Prezidentliyə Respublikaçı iddialılar arasında Donald Tramp, Ted Kruz və Marko Rubio güclü dəstəyə malikdirlər.

Respublikaçı namizədlər arasında milyarder Donald Tramp Texas qubernatoru Ted Kruzdan cüzi fərqlə irəlidədir. Tramp Kruzun prezidentliyə kvalifikasiyasını sual altına almaqda, Kruz isə Trampın mühafizəkar mövqeyini tənqid etməkdə davam edir.

Demokratlarda isə Hillari Klintonla Vermont qubernatoru Berni Sanders arasında yarış bərabər gedir.

Səsvermə keçiriləcək Ayovada qar çovğunu proqnozlaşdırılıb. Hava şəraitinin səsverməyə ciddi təsir göstərəcəyi gözlənilir.

Rəy sorğuları hər iki partiyanın əsas iddialıları arasında ictimai dəstəyin bərabər olduğunu göstərir.

Növbəti praymeriz Nyu Hempşirdə keçirilməlidir. Bu ştatda ilkin seçkilər fevral ayının 9-da baş tutacaq.

ABŞ-da partiyaların vahid namizədləri ştatlarda keçirilən ilkin seçkilər vasitəsilə müəyyən edilir. Bəzi ştatlarda bu, birbaşa səsvermə, digərlərində isə müzakirə formatında olan kokoslar vasitəsilə müəyyən olunur.

Yay fəslində keçiriləcək partiya qurultaylarında ümummilli seçkilərdə üzləşəcək vahid namizədlər bəlli olacaq.

XS
SM
MD
LG