Accessibility links

Yeni tablet "iPad Air"in təqdimatı keçirilib


Apple şirkəti “iPad Air” adlanan yeni, yüngül, nazik tabletini təqdim edib.

Kaliforniyanın Kupertino şəhərində yerləşən şirkət San Fransisko şəhərində təqdimat mərasimi keçirib. iPad Air-in ağırlığı təxminən yarım kiloqramdır. Bu, daha əvvəlki versiyadan da yüngüldür.

Apple marketing rəhbəri Phil Sçiller tableti “səs” sürətinə malik olduğunu deyib. O, bunun 2010-cu ildə iPad-in ilkin buraxılışından səkkiz dəfə sürətli olduğunu bildirib.

"iPad Air" noyabr ayının birində satışa çıxarılacaq. Qiymətlər yaddaş həcminə görə dəyişəcək. 16GB "iPad Air" modelinin qiyməti $499 təşkil edir.
XS
SM
MD
LG