Accessibility links

Apple Çin şirkətinə 60 milyon dollar ödəyib


Çin məhkəməsi Apple şirkətinin Çində iPad adından istifadə edilməsinə dair mübahisəni həll etmək üçün Şhenzen şəhərində bir şirkətə 60 millyon dollar ödədiyini deyib.

Məhkəmənin bu gün açıqladığı bəyanatda deyilir ki, razılıq AppleProview Technology şirkəti arasında danışıqlardan sonra əldə edilib.

Sövdələşmə uzun sürən mübahisələrdən və Proview şirkətinin populyar iPad mini kompyuterlərin Çinin bir hissəsində satışını dayandırmaq üçün göstərdiyi cəhdlərdən sonra əldə olunub.

iPad Çin bazarının 76 faizinə sahib olmaqla mini kompyuter bazarında birinci yerdədir.

Proview şirkətinin Tayvandakı filialı iPad adını on ildən çox müddət əvvəl, Apple hələ iPad mini kompyuterlərini satışa çıxarmazdan əvvəl qeydiyyatdan keçirib.

Apple iPad adından istifadə etmək hüququnu Proview şirkətindən 2009-cu ildə alıb. Lakin Proview şirkəti bildirir ki, Apple markanı Çİnin özündə qeydiyyatdan keçirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG