Accessibility links

iPad beynəlxalq satışa çıxarıldı


iPad beynəlxalq satışa çıxarıldı

iPad beynəlxalq satışa çıxarıldı

Apple şirkəti iPad mini komyuterini qlobal istifadəçilərin ixtiyarına verib. ABŞ-da olduğu kimi dünyanın bir sıra ölkələrində də komyuter sevərlər bu çoxfunksiyalı cihazın satışa çıxarılmasını böyük səbirsizliklə gözləyirdi. Dilşad Əliyarlı daha ətraflı məlumat verir.

Avropa və Asiyada texnologiya həvəskarları bu günlər bazarda ən populyar cihaz olan iPad almaq üçün uzun növbələrdə dayanır. Apple şirkəti ABŞ-da bir ay ərzində milyona yaxın kiçik komyuter cihazı satıb. Londondan Tokioya qədər yeni kompakt kompyuteri almaq üçün istəyən insanlar Apple mağazalarının qarşısında uzun növbələrdə dayanır.

Londonun mərkəzində Apple mağazası qarşısında insanlar iPad-ı böyük sevinclə qarşıladı.

Apple rəsmi olaraq iPad-ın ABŞ-da aprel ayında bazara çıxarmışdı. Lakin ölkə daxilində olduqca böyük tələbata görə şirkət onun dünya ölkələrində satışını təxirə salmalı olmuşdu.

iPad Apple-in bundan öncə hazırladığı iPhone-nun böyüdülmüş variantıdır. Onun vasitəsilə e-mail göndərmək, kinoya baxmaq və ya oyun oynamaq olar. iPad vasitəsilə internetdə kitab oxumaq mümkündür. Buna görə də o, problemlərlə qarşılaşmış qəzet və jurnal nəşri sənayesi üçün böyük rəqabət təşkil edə bilər.

Romadan tutmuş Honq Konq və Frankfurta qədər iPad-i almaq üçün insanlar gecə saat 3-dən növbəyə dayanmağa başlamışlar.

İqtisadiyyatın zəifləməsinə baxmayaraq, insanlar Apple-in yeni möcüzəsi üçün 600 dollardan 1000 dollara qədər pul sərf etməyə hazır olduğunu deyirlər.

Avropada bəzi mağazalarda komyuter üç saat ərzində satılıb qurtarıb.

XS
SM
MD
LG