Accessibility links

Dünən Apple kompyuter şirkəti iPad-in yeni versiyasının təqdimatını keçirib.

Yeni iPad (mobil kompyuter) daha kəskin 25 santimetrlik ekrana, təkmilləşdirilmiş video kameraya və internetə çıxış əldə etmək üçün daha sürətli metodlardan istifadə qabiliyyətinə malikdir.

Apple-ın iPad-i ən çox satılan və ən populyar mobil kompyuterdir və yeni modelin təkmilləşdirilməsi də bu tendensiyanın saxlanmasına xidmət edir.

Bloomberg maliyyə xəbər xidməti bildirir ki, il ərzində satılacaq 100 milyon mobil kompyuterin təxminən 2/3-si iPad olacaq.

XS
SM
MD
LG