Accessibility links

İpək Yolu ölkələri arasında ticarət, nəqliyyat əlaqələri


İpək Yolu ölkələri arasında ticarət, nəqliyyat əlaqələri müzakirə edilib

İpək Yolu ölkələri arasında ticarət, nəqliyyat əlaqələri müzakirə edilib

Azərbaycanın Vaşinqtondakı səfirliyində fevralın 10-da tarixi İpək yolu boyunca yerləşən ölkələrin regional nəqliyyat infrastrukturlarının inkişafına, bunun region ölkələri arasında ticarətin və əməkdaşlığın inkişafına təsiri mövzusunda dəyirmi masa keçirib.

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, tədbirdə ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi Riçard Hoqland, Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Erik Rubin, ABŞ Nəqliyyat Komandanlğının müavini vitse admiral Vilyam Braun iştirak edib.

Tədbirdə eləcə də Gürcüstanın Vaşinqtondakı səfiri Arçil Qeqeşidze, Qazaxıstan səfiri Kairat Umarov, Türkmənistan səfiri Meret Orazov və digər ölkələrin diplomatik nümayəndəlikləri iştirak edib.

Dəyirmi masada regional nəqliyyat infrastrukturu məsələləri, eləcə də qarşılıqlı əməkdaşlıq məsələlərini əhatə edən mövzular müzakirə edilib.

XS
SM
MD
LG