Accessibility links

iPhon 4 modelini alan bir çox müştərilər telefonun yaxşı işləməməsindən şikayət ediblər


iPhon 4 modelini alan bir çox müştərilər telefonun yaxşı işləməməsindən şikayət ediblər
iPhon 4 modelini alan bir çox müştərilər telefonun yaxşı işləməməsindən şikayət ediblər

Telefonu əldə tutarkən, onun üzərində xüsusi bir yerə barmaqla toxunan anda siqnal itə bilər

Ötən ay bir çox Apple şirkətinin istehsal etdiyi iPhon 4 modelini alan bir çox müştərilər telefonun yaxşı işləməməsindən şikayət ediblər. Apple cümə günü şikayətləri ünvanlamaq üçün mətbuat konfransı keçirib. iPhon 4 adlanan yeni Apple telefonu ətrafında sevinc həyacanı bir neçə alıcının telefonun antennası haqda şikayətlər nəticəsində az müddətdə qorxu ilə əvəz edildi. Telefonu əldə tutarkən, onun üzərində xüsusi bir yerə barmaqla toxunan anda siqnal itə bilər. Müştəri Hesabatı şəbəkəsindən Mayk Qikas bildirir ki, onun şirkıəti bu telefona zəmanət verə bilmir. Bəzən zənglər itir və biz bu halı qənaətbəxş hesab etmirik. Biz mükəmməl deyilik. Biz bunu bilirik. Siz bunu bilirsiniz. Apple şirkətinin icraçı direktoru Stiv Cobs telefonla bağlı bəzi problemlərin olduğunu etiraf edir. Lakin o deyir ki, antenna ilə bağlı problem tək iPhona aid deyil. Bir çox telefonlarda eyni qüsur müşahidə olunur. Cobs deyir ki, Apple istehsal etdiyi başqa telefonları da sınayıb və barmaqla antennaya toxunan anda eyni qüsur aşkar olunub. Cobs iPhon dördün antenasını qorumaq və problemi aradan qaldırmaq üçün sentyabr ayının 30-na kimi pulsuz qutular təklif edir. Apple eyni zamanda əvvəldən qutu alan insanlara onun pulunu geri qaytaracaq. Cobs bildirib ki, məmnun qalmayan müştərilər aldıqları telefonları qaytararaq pullarını tam geri ala bilərlər.Biz sentyabr ayında yenidən bu telefonu imtahan edəcəyik və istehsala davam etməyə və ya yeni ideya axtarmağa qərər verəcəyik. Cobs bildirir ki, daxil olan zənglərin yarı faizi antenna ilə bağlı problemdir. O bildirir ki, mətbuat bu problemi sensasiyalaşdırıb. iPhon dörd telefonu üç həftə bundan əvvəl satışa çıxarılandan onun üç milyondan artıq nüsxəsi satılıb. ABŞ, Britaniya, Fransa, Almaniya və Yaponiya ayFon alan ilk ölkələrdəndirlər

XS
SM
MD
LG