Accessibility links

ABŞ-ın texnologiya nəhəngi - Apple şirkəti məhşur iPhone telefonunun yeni, 5-ci buraxılışını açıqlayıb. Şirkəti bildirir ki, bu iPhone əvvəlkilərdən daha nazik və yüngüldür, eləcə də daha böyük ekrana malikdir.

Apple şirkəti yeni smartfonu bu gün San Fransiskodakı mətbuat konfransı zalında təqdim edib. Şirkət bu təqdimatla bu ilin əvvəli Cənubi Koreya şirkəti Samsunqa verdiyi mövqeyini yenidən bərpa etmək istəyir. Son günlərdə başqa şirkətlər də yeni məhsullarını ictimaiyyətə açıqlayıb. Onlar da dünyada smartfona artan tələbat fonunda pn məhsullarını önə çəkmək istəyirlər.

Apple bildirib ki, yeni bütünlüklə aliminium və şüşədən hazırlanan yeni iPhone 7.6 millimetr qalınlığındadır və çəkisi cəmi 122 qramdır. Smartfonun dioqanalı 10.2 santimetrdir.

Şirkətin məlumatında deyilir ki, yeni iPhone daha sürətlidir və əvvəlkilərdən fərqli olaraq ona 3 mikrofon quraşdırılıb. iPhone 5 gələn həftə satışa çıxarıcaq və qiyməti əvvəlki modellərdən fərqlənməyəcək. Belə ki, amerikalılar iki illik müqavilə ilə smartfonun ən ucuz yaddaşa malikini 199 dollara əldə edə biləcək.
XS
SM
MD
LG