Apple şirkəti iPhone-nun yeni variantını rəsmən ictimaiyyətə açıqlayıb. Bu iPhone sözlü mesajları qəbul etmə qabiliyyətinə malikdir.
Apple şirkətinin yeni icraçı direktoru Tim Kuk şirkətin Kaliforniya ştatının Kupertino şəhərindəki baş qərargahında iPhone 4S-i təqdim edib.
Kuk deyib ki, yeni telefona istifadəçilərin telefonları ilə birbaşa danışmaq, məlumat soruşmaq və ya hər hansı bir addımı həyata keçirməyə göstəriş vermək imkanı daxildir.
Yeni telefon habelə daha yüksək keyfiyyətli kameraya və digər Apple cihazları ilə informasiya sinxronizasiyasına malikdir.
Yeni iPhone dünyanın 70 ölkəsində mövcud olacaq.
Bugünki təqdimat həm də bu avqust ayında səhhəti ilə bağlı istefaya gedən Apple-ın yaradıcısı Stiv Cobsın şirkət direktoru kimi iştirak etmədiyi şirkə ilk təqdimatı idi.
Stiv Cobsun adı tarixə texnologiyanı yalnız ekspertlərin yox, hamının istifadəsinə verən insan kimi düşəcək.
Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir. Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.