Accessibility links

Bu gün iPhone 5 satışa çıxıb


Asiyada Apple sevənlər uzun müddətdir gözlədikləri iPhone 5-i əldə edən ilk alıcılar olub. Birləşmiş Ştatların texnologiya nəhənginin ən son smartfonu bu gün dünya boyu satışa çıxarılıb.

Avstraliya və Yaponiyada alıcılar yeni smartfonu əldə etmək üçün uzun növbələrdə dayanıb. Sidneydə bəzi alıcılar iPhone əldə etmək üçün mağazanın qarşısında 3 gün gözləyib. Honq-Konqda isə Apple nümayəndələri "iPhone 5! iPhone 5!" şüarları səsləndirərək, növbədə dayanan alıcıların dükana daxil olmasına şərait yaradıblar.

ABŞ, Britaniya, Kanada, Fransa və Almaniyada alıcılar yeni iPhone almaq üçün səhər tezdən mağazaların qarşısına toplaşıb. İlk 24 saat ərzində 2 milyondan çox telefon sifariş edilmişdi.

Şirkət bildirir ki, bu iPhone əvvəlkilərdən daha nazik və yüngüldür, eləcə də daha böyük ekrana malikdir.

Apple bildirib ki, bütünlüklə aliminium və şüşədən hazırlanan yeni iPhone 7.6 millimetr qalınlığındadır və çəkisi cəmi 122 qramdır. Smartfonun diaqonalı 10.2 santimetrdir.

Şirkətin məlumatında deyilir ki, yeni iPhone daha sürətlidir və əvvəlkilərdən fərqli olaraq ona 3 mikrofon quraşdırılıb. iPhone 5-in qiyməti əvvəlki modellərdən fərqlənmir. Belə ki, amerikalılar iki illik müqavilə ilə smartfonun ən ucuz yaddaşa malikini 199 dollara əldə edə biləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG