Accessibility links

Ümid Partiyası sentyabrın 22-də Ağstafada mitinq keçirəcək


Ümid Partiyasının bayrağı

Ümid Partiyasının bayrağı

Prezidentliyə namizəd ölkənin bütün regionlarında mitinqlər keçirəcəyini bildirir

Ümid Partiyası sentyabrın 22-də Ağstafa rayon mərkəzində (Bakıda 450 kilometr qərb) yerli vaxtla saat 12-dən 14-dək mitinq keçirəcək. Artıq partiya fəalları regionda hazırlıq işlərinə başlayıb. Bu barədə Amerikanın Səsinə Ümid Partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə bildirib.

Onun sözlərinə görə, regionlarda mitinqlər davam etdiriləcək. Ümid Partiyası həmçinin Bərdə, Gəncə, Şəki, Göyçay, Masallı, Balakən, Quba, Beyləqan rayonlarında mitinq keçirəcək və bir səıra rayonlarda qapalı yerlərdə seşicilərlə görüş təşkil edəcək.

İqbal Ağazadə Ümid Partiyasının sədri, Milli Məclisin deputatıdır.

Azərbaycanda oktyabrın 9-da prezident seçkiləri keçiriləcək. Prezidentyliyə namziədlərin təşviqat kampaniyası sentyabrın 16-da başlayıb, səsvrməyə 24 saat qalmışadək davam edəcək.
XS
SM
MD
LG