Accessibility links

İqbal Ağazadə: Türkiyə-Ermənistan sərhədinin açılmasının tərəfdarıyıq [Video-Müsahibə]


Prezidentliyə namizəd, Ümid Partiyasının sədrinin Amerikanın Səsinə müsahibəsi

Prezidentliyə namziəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Amerikanın Səsinə müsahibəsində İctimai Televiziyanın efirində debat zamanı prezidentliyə namizədin təhqir edilməsini pisləyib, seçki platformasının həm iqtidarın, həm də Milli Şuranın namizədinin platformasından fərqli olduğunu bildirib.

O seçkilərdə ikinci turun YAP və Milli Şuranın namizədi arasında olarsa Milli Şura ilə alyansa gedəcəyini deyib.


Müsahibədən seçmələr:

- Təəssüf edirəm ki, hakimiyyət prezident seçkiləri kimi ciddi bir institutu bu cür qeyri-ciddi debatlarla istiqamətləndirir.

Həmişə hədəf Cəmil Həsənli və mən oluram.
- Debatlarda hədəf təsadüfi seçilmir. Həmişə hədəf Cəmil Həsənli və mən oluram.

- Hakmiyyət həm müxalifətdən, həm də öz adamlarından qeyri-ciddi namizəd imici formalaşdırmağa çalışır. Bu qeyri ciddiliyin fonunda hakimiyyət öz namizədini ciddi fonda təqdim etmək istəyir.

- Çox təəssüf ki, Mərkəzi Seçki Komissiyası və İctimai Televiziya debat adı altında bu formatı seçib. Mən bu formata və qanunun pozulmasına etiraz olaraq 6 dəqiqə çıxış edib studiyanı tərk edirəm.

Mən bu formata və qanunun pozulmasına etiraz olaraq 6 dəqiqə çıxış edib studiyanı tərk edirəm.
- Qanunların tətbiqi elə bərbad vəziyyətdədir ki, 60 günlük seçki, 23 günlük təşviqat müddətində azad və ədalətli seçki mühitini müəyyən etmək mümkün deyil.

- Kütləvi tədbirlər üçün ayrılmış yerlər seçicilərdən çox uzaqda yerləşir. Əslində biz seçicilərin görüşünə getməliyik, amma seçiciləri dəvət edirik.

- Efir vaxtı təzadlıdır. Radioda saat 21-də, televiziyada saat 19-da namizədlərin debatı başlayır. Əslində seçicilər saat 19-da işdən evə doğru gedir, yollarda tıxaclarda avtomobillərdə olur televiziyalara baxa bilmirlər. Saat 21-də isə evdə olurlar radioya qulaq asa bilmirlər.

- Biz Milli Şuradan fərqli olaraq Avroatlantik məkana inteqrasiyanı şox açıq qoymuşuq. Bunun referendum vasitəsi ilə gerçəkləşdiriləcəyini bəyan etməmişik. Biz Avropa İttifaqının əvvəlcə assosiativ, sonra həqiqi üzvü olmaq istəyirik. Qanunları da bu siyasətə uyğunlaşdıracağıq. Hökumət Tərəfsizlik Sazişinə qoşularaq sanki balanslı siyasət yeridir. Bloklara, ittifaqlara qoşulmur. Biz MDB-dən dərhal çıxacağıq, ikitərəfli münasibətlərə üstünlük verəcəyik. Bu da Milli Şura və hökumətin siyasətindən fərqlidir. Hökumət güzəştli mövqedən çıxış edir.

3 Cənubi Qafqaz ölkəsinin Avropa İttifaqının modelinə uyğun birliyini yaradacağıq.
- Cənubi Qafqaz Birliyinin yaradılamsı üçün Avropadan və demokratik dünyadan dəstək almaqla 3 Cənubi Qafqaz ölkəsinin Avropa İttifaqının modelinə uyğun birliyini yaradacağıq. Azərbaycan, Gürcüstan, Ermənistan bizi ayıran məslələri deyil, birləşdirən məsələlri masa üzərinə gətirib, əvvəlcə ictimai parlament, sonra isə rəsmiləşdirilmiş parlament səviyyəsində yeni əlaqələr quracaq.

- Biz Cənubi Qafqaz dövlətləri Rusiyanın regiondan birgə çıxarılması, dominantlıq etməməsi, o cümlədən regionda yeni mühitin formalaşdırılması və Avropaya birgə inteqrasiyanı xarici siyasət kursu kimi irəli sürəcəyik.

- Biz Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarıyıq. Bunu siyasətimizin prioriteti hesab edirik. Hesab etmirik ki, Rusiya regionda təkbaşına hegemonluq etməlidir. Digər dövlətlər də regiona daxil olmalıdır.

- Təhsil siyasətində yeni yanaşma tətbiq edəcəyik. Dövlət universitetləri beş istiqamət üzrə təmərküzləşdiriləcək. Humanitar Elmlər, Pedoqoji və Müəllimlər, İqtisadiyyat və Maliyyə, Tibb və Texniki Universitetlər.

- Seçkilərdə ikinci tur yalnız İlham Əliyevlə mənim aramdqa ola bilər.

- Təbii ki, ikinci tur İlham Əlievlə Milli Şuranın namziədi arasında olarsa, Milli Şura ilə alyansa girməyi düşünürük.

Show comments

XS
SM
MD
LG