Accessibility links

İqlim dəyişikliyini ölçən yeni cihaz [Video]


İqlim dəyişikliyini ölçən yeni cihaz
please wait

No media source currently available

0:00 0:02:21 0:00
Çörək boyda olan cubesat sensorlar və cihazlar üçün kompakt orbit evidir. Son on ildə elmi ixtiralar böyük fəza gəmiləri yerinə eyni işi görən telekommunikasiya, naviqasiya və güc generatorlarına sahib oxşar ucuz və yüngül peyklər ixtira etməyə nail olublar.

Tətbiqi Fizika Labaratoryası iki cubesatı orbitə göndərib.Cihazlar çoxfunksiyalıdır və daha bir neçəsinin orbitə göndərilməsi nəzərdə tutulub.

Bill Svartz RAVAN elmi lahiyəsinə başçılıq edir. Lahiyəyə əsasən Cubesat-lar Yer Kürəsində iqlim dəyişikliyini daha dəqiq təxmin edilməsində istifadə ediləcək.

Bill Svartz: Bu alimlərin inandığı qəbul edilən və göndərilən günəş enerjisi arasındakı balanssızlığın ölçülməsinə, yer kürəsindən emissiya olunan radiasiyanın gələcəkdə iqlimə necə təsir edəcəyini araşdırmağa kömək edəcək.

Svats deyir ki, radiometr adlanan əsas sensor karbon nanotube olaraq bilinən tünd qara materialdan düzəldiləcək.

Bill Svartz: Bu texnologiyanın gözəl tərəfi, onun tünd qara rəngə olmasıdır. Əgər biz yer kürəsindən yayılan radiasiyanı ölçmək istəyiriksə, tünd, çox tünd qara cismə ehtiyacımız var.

RAVAN lahiyəsinin ilk cubesat-I gələn il orbitə göndərilərək nanotube cihazının necə işlədiyi nəzərdən keçiriləcək.

Bill Svartz: Ümid edirik ki, gələcək bir neçə ildə biz karbon nanotube-un qəbul etdiyi texniki məlumatları və həmin texnologiyanın digər əsas elementlərini anlayacağıq. Bu gələcək missiyaların həyata keçirilməsinə imkan yaradacaq.

Ilk peyk yer kürəsindən 550-750 kilometr yüksəklikə göndərilərək bütün planetə nəzarət edəcək.

Daha sonra 30-40 arası cubesat dünyanın gecə və gündüz tərəfinin hər nöqtəsindən gələn radiosiyanı eyni anda qeydə alacaq. Beləliklə bu bizim hamımızı maraqlandıran planetimizin iqliminin gələcəkdə necə olacağı sualına cavab verəcək.
XS
SM
MD
LG