Accessibility links

BMT-nin komissiyası insanların fəaliyyətinin Yer kürəsində iqlimə təsir göstərdiyini və bunun nəticələrinin hər bir qitə və okeanda hiss edildiyini bildirib.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Komissiyanın açıqladığı yeni hesabatda planetdə istiləşmə ilə bağlı narahatlıq və bir çox hallarda dünyanın buna hazır olmadığı bildirilir.

Komissiyanın həmsədri Kris Fild insanlar və bütün dünyada ekosistemlərin buna həssas olduğunu bildirib.

“Ən mühüm tapıntılardan biri odur ki, biz iqlim dəyişikliyinin gələcəyin fəzriyyəsi olmadığı bir bir dövrdə yaşayırıq. Biz iqlim dəyişikliyinin artıq mövcud olduğu, geniş yayıldığı və nəticələri olduğu bir dövrdə yaşayırıq. Biz ekvatorlardan qütblərə və sahillərdən dağlara qədər bunun təsirlərini görürük. Heç bir şübhə yoxdur ki, biz artıq iqlim dəyişikliyinin təsirinə məruz qalan bir dünyada yaşayırıq”-deyə o bildirib.

Komissiyanın hesabatında iqlim dəyişikliyinin artıq kənd təsərrüfatı, insanların sağlamlığı, su təchizatı, torpaq və dənizlərin ekosistemlərinə təsiri olduğy bildirilir. Burada deyilir ki, planetdə temperatur artdıqca, bunun qarşısı alınması mümkün olmayan ciddi nəticələrinin ola bilər.

Hesabatda son zamanlar baş verən təbii fəlakətlərin dünya ölkələrinin bütün səviyyələrdə iqlimdə dəyişikliklərə hazırlıqsız olduğunu aşkar etdiyi göstərilir.
XS
SM
MD
LG