Accessibility links

İqlim dəyişikliyinin dünya ölkələrinin sahil ərazilərinə təsiri haqda məlumat açıqlanıb


ABŞ Milli Okean və Atmosfer Administrasiyası iqlim dəyişikliyinin Amerika və digər dünya ölkələrinin sahil ərzilərinə təsirlərinin nümayiş etdirildiyi detallı məlumatı açıqlayıb.

Məlumatda dəniz səviyyəsinin qalxa biləcəyini izah edən altı fərqli ssenari təqdim edilir. Ehtimallar aşağı səviyyədən ekstremal yüksək səviyyəyədək dəyişir. Ekstremal ssenaridə suyun səviyyəsinin 2100-cü ilədək 2.5 metr hündürlüyə qalxacağı ehtimal edilir.

İqlim dəyişikliyinin nəticələri dağıdıcı fırtına, yüksək dalğalar və güclü axınla müşaiyət olunacaq.

Milli Okean və Atmosfer Administrasiyası bildirib ki, hətta suyun ən az səviyyədə artması nəticəsində ölkə daxilindəki yaşayış məntəqələri də hər il 25 faiz dağıdıcı daşqınlara məruz qala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG