Accessibility links

İqlim dəyişikliyi ilə mübarizə iş yerlərinin yaranmasına səbəb olur [Video]


Birləşmiş Ştatlar, Çin və 150-dən çox digər ölkə cümə günü ötən dekabr Parisdə əldə olunan razılığı imzalayır. Ölkələr istixana qaz emissiyalarını azaltmağa qərarlıdır. Ancaq ABŞ-da bu plan tənqidçilərin etirazına səbəb olub. Onlar bunun iqtisadiyyata böyük ziyan vuracağını iddia edir. Bəzi ştatlar isə artıq bunun qarşısını almaq üçün tədbirlər görür.

Baltimorun Marlin Polad zavodu dərman istehsalçıları və avtomobil şirkətləri üçün parçalar hazırlayır.

ABŞ Dövlət katibi Con Kerri və BMT baş katibi Ban Ki-Mun İqlim Dəyişikliyi Konfransında

ABŞ Dövlət katibi Con Kerri və BMT baş katibi Ban Ki-Mun İqlim Dəyişikliyi Konfransında

“Bu, hazırda çox populyar olan Ford F150 avtomobilinin parçalarında istifadə oluncaq.”

Zavodun sahibi Dryu Qoldblat deyir ki, onların ən böyük xərci işıq puludur. O, bu xərci daha az enerji aparan lampalardan istifadə edərək azaltmağa çalışır.

“Biz yeni LED lampalarından istifadə etməyə dair təklif aldıq. Bu, bizim xərclərimizi, elektrik xərclərimizi azaldacaq. Biz hər zaman bu xərcləri azaltmağın yollarını axtarırıq.”

Bu səbəbdən də Dryu Obama administrasiyasının yeni isitxana qanunlarından narahatdır.

Bu qaydalara əməl etməyin bir yolu elektrik stansiyalarını istehsal etdikləri karbon dioksidə görə cərimələnməkdir.

Karbona görə cərimə elektrik stansiyalarını istixana qazlarını azaltması üçün tətbiq ediləcək.

Amma Dru Qoldblatt deyir ki, bu onun enerji xərclərini artıra və nəticədə biznesinə ziyan vura bilər.

“Bu, bizim çox sayda işçi itirməyimizə səbəb olacaq.”

Amma Merilend ştatı artıq zavodları karbon dioksid emissiyalarına görə cərimələyən proqramı tətbiq edir.

Proqram qəliz olsa da, hələ də mənfi təsirləri olmayıb.

Proqrama daxil olan doqquz ştatda, istixana qazlarının azaldılmasına baxmayaraq, bu ştatların iqtisadiyyatları ölkənin digər yerlərindən daha sürətlə inkişaf edib.

Coel Allen və onun Elysian Energy komandası çatları doldurur.

“Hava çardaqdan aşağı mərtəbələrə keçir və bu, sobanın evi istilətmək üçün daha da çox enerji sərf etməsinə səbəb olur.”

Karbon dioksid emissiyalarının ən yüksək olduğu ölkələr

Karbon dioksid emissiyalarının ən yüksək olduğu ölkələr

Allenin və komandasının işi bitəndə, bu ev daha az enerji sərf edəcək və beləliklə istixana qazlarını azaldacaq və ev sahibinə pul qənaət etdirəcək.

Allenin iş təlimi elektrik stansiyalarına tətbiq olunan karbon dioksid cərimələrindən əldə olunan pulla edilib. Elysianda işləməyə başlayandan bəri onun maaşı ikiqat artıb.

Merilend cərimələri həm istixana qazlarını azaltmaq, həm də ştat iqtisadiyyatına təkan vermək üçün tətbiq edir.

Birləşmiş Ştatlar və 20 digər ölkə 2000-ci ildən bəri emissiyaları azaltmaqla yanaşı, qitisadi artım əldə edib, deyə Ümumdünya Resurs İnstitutundan Neyt Aden bildirir.

“Bu,asan deyil. Amma mümkündür.”

İş yerləri ilə ətraf mühiti balanslaşdırmamaq çətindir. Ancaq Aden bunun mümkünlüyünə dair sübutlar olduğunu deyir.

XS
SM
MD
LG