Accessibility links

Ətraf mühit müdafiəçiləri iqlim dəyişikliyinin milyonlarla canlının miqrasiyasına səbəb olacağı barədə xəbərdarlıq verir.

Buzlaqlar üzərində yaşayan şimal ayıları məhv olmaqdadır. Buzlaqların əriməsi ilə açıq dənizlərdə ov edə bilməyən heyvanların kökü kəsilə bilər.

BMT-nin qaçqınlar agentliyinin bildirdiyinə görə, dünyada 46.3 milyon insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.

Onların əksəriyyəti iqlim dəyişikliyinə məruz qalan bölgələrdə həyat sürür. Qarşıdan gələn illər ərzində iqlimlə əlaqədar yerdəyişmələr böyük problemlərə yol aça bilər.


Dünya ölkələri liderlərinin iqlim dəyişikliyi sazişinə imza atmalarına cəmi 10 ay qalır. BMT problemlərin diqqətə çatdırılması üçün çox az vaxt qaldığını bildirir.

1970-ci ildən 2013-cü ilədək məcburi köçkünlərin sayı iki dəfə artıb. 2013-cü ildə 119 ölkədən 22 milyon insan köçməli olub. Təqribən eyni sayda insan münaqişələr səbəbi ilə evlərini tərk edib.


Qlobal istiləşmə və dəniz səviyyəsinin qalxacağı və ekstrimal hava şəraitlərinin artacağı proqnozlaşdırılır.

Ətraf mühitin mühafizəsi qrupları miqrasiya böhranına mane olunması yollarının nəzərdən keçirilməsi və təcili ölçülər götürülməsinə çağırır.

XS
SM
MD
LG