Accessibility links

Dünya liderləri bu gün Birləşmiş Millətlər Təşkilatında iqlim dəyişikliyinin təsirlərini azaltmaq və dəyən ziyanları aradan qaldırmaq məqsədilə tarixi bir addım ataraq, ötən dekabr ayında Parisdə əldə edilən razılığa imza atmalıdır.

Nyu-Yorkda 130-dan çox ölkənin nümayəndə heyətləri, 60-dan çox prezident və baş nazir bu razılığa imzalamaqla öhdəliklərini həyata keçirmək yolunda ilk addımlarını atmış olacaq.

ABŞ dövlət katibi Con Kerri razılığı əhəmiyyətli sənəd adlandırıb.

“Razılığın qüdrəti onun yaratdığı imkanlardadır. Bu, innovasiyalar, sahibkarlıq, valyutaların paylaşması kimi imkanlardır.”-deyə Kerri bildirib.

Dövlət katibi ABŞ-ın sənədin imzalanmasdını səbirsizliklə gözlədiyini deyib.

Paris razılığı qlobal temperatur artımının iki dərəcə selsi ilə məhdudlaşdırmağı nəzərdə tutur.

Razılığın qüdrəti onun yaratdığı imkanlardadır. Bu, innovasiyalar, sahibkarlıq, valyutaların paylaşması kimi imkanlardır

Sənəd 55 ölkənin ratifikasiyasından 30 gün sonra qüvvəyə minəcək.

Razılığın əldə edilməsində böyük rol oynayan Çin və Birləşmiş Ştatlardır ki, birlikdə onların qaz tullantıları qlobal emissiyaların 40 faizini təşkil edir.

Hər iki ölkə razılığın qüvvəyə minməsini dəstəkləyir. Bunun üçün hədəf tarix 2020-ci ildir, amma əgər ölkələr razılığı daha öncə ratifikasiya etsə, razılıq bu il və ya 2017-ci ilin əvvəlində qüvvəyə minə bilər.

XS
SM
MD
LG