Accessibility links

İqlim dəyişikliyi seçkiqabağı kampaniyaların gündəmində [Təhlil]


Barak Obama prezidentlik dövründə iqlim dəyişikliyi sahəsində bir sıra işlər görüb. Təkcə ötən il ABŞ prezidenti müəssisələrin qaz tullantılarının azaldılması məqsədi ilə təmiz enerjidən istifadə edilməsi, yenidən istifadə edilə bilən mənbələrə üz tutulması, iqlim dəyişikliyi sazişini təsdiq etməsi ilə yeni iş yerlərinin açılması planını irəli sürüb.

Obamanın xələfinin bu yolu davam etdirib-etdirməyəcəyi bəlli deyil.

Mühafizəkar Seçicilər Liqasının prezidenti Ceyn Karpinskinin dediyinə görə, demokratlar seçkiqabağı kampaniyalarda iqlim dəyişikliyi məsələsinə üstünlük verir. Ayovada keçirilən rəy sorğularında da demokrat seçicilərin bu məsələyə diqqət verilməsini istədiklərini görmək olar.

Ayova sakinlərinin üçdə biri artıq elektriklərini küləkdən alır. Bunu bütün Amerika üçün tətbiq etmək mümkündür

​Prezidentıiyə demokrat namizəd Hillari Klinton enerjidən yenidən istifadə edilməsini təbliğ edir.

“Düşünürəm ki, bu iqlim dəyişikliyi ilə mübarizədə ən yaxşı yoldur. Bu həm də milyonlarla insan üçün iş yeri deməkdir. Ayova sakinlərinin üçdə biri artıq elektriklərini küləkdən alır. Bunu bütün Amerika üçün tətbiq etmək mümkündür”-deyə sabiq dövlət katibi bildirib.

Demokratların son debatları zamanı Vermont senatoru Berni Sanders respublikaçıları seçiciləri ilə donorlarla tərəfdaşlıq etməkdə günahlandırıb.

Berni Sanders və Hillary Klinton

Berni Sanders və Hillary Klinton

“Qətiyyətlə əmələ keçməsək, onsuz da ağır olan durum daha da pisləşəcək. Respublikaçılar alimlərin dediklərini dinləməyə belə tənəzzül etmir”-deyə namizəd qeyd edib.

Tarixən respublikaçılar ətraf mühütin güclü mühafizəçiləri olub. Bu gün onlar arasında daha çox gənclər fəaldır. Onlar iqlim dəyişikliyi ilə mübarizənin tərəfdarlarıdır.

Lakin Karpinski respublikaçı namizədlərin bu mesajlara göz yumduğunu deyir.

“Respublikaçıların iki aparıcı namizədi Tramp və Kruz iqlim dəyişikliyinə hələ də inanmır”-deyə o bildirib.

Ohayo qubernatoru Con Kasiç də eyni mövqedən çıxış edir. Dekabr ayında keçirilən debatlar zamanı o, Paris konfransı əleyhinə danışıb.

Tramp və Kruz iqlim dəyişikliyinə hələ də inanmır

“Paris konfransındansa, İŞİD-in məhvinə diqqət verilməlidir. İslam Dövləti hər bir ölkəyə təhlükədir”-deyə namizəd bildirib.

Amerikanın sahibkarlıq İnstitutundan energetika siyasəti üzrə təhlilçi Ben Zuker hesab edir ki, respublikaçılar bu məsələyə seçicilərin marağı olmadığı üçün toxunmur.

“Əgər rəy sorğularına nəzər salsaq seçicilərin bu mövzuya marağının az olduğunu görərik.”

Donald Tramp və Ted Kruz

Donald Tramp və Ted Kruz

Ceyn Karpinski isə iqlim dəyişikliyi məsələsinin ümüimmilli seçkilərin nəticələrinə ciddi təsiri olacağını düşünür.

Əksəriyyəti isə daha çox terrorizm və iqtisadi problemlər naraht edir. Lakin iqlim dəyişikliyinin zamanla əhəmiyyətinin artacağı da proqnozlaşdırılır.

XS
SM
MD
LG