Accessibility links

ADR: Saglam və azad bazar iqtisadiyyati sistemi qurulmalıdır


Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR
Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR

Azərbaycan Demokratiya və Rifah Hərəkatı mövcud hakimiyyəti islahatların keçirilməsi üçün lazımi siyasi iradə nümayiş etdriməyə, açıq cəmiyyət, hesabatlı hökümət, azad və liberal iqtisadiyyat qurmağa çağırır.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının islahatlara çağırış bəyanatında deyilir ki,

Azərbaycan son 20 ildə olduğu kimi, inzibati-amirlik üsulu ilə, yenə də sovet dönəmində olduğu kimi dövlət kapitalizmi siyasətinə üstünlük verməklə inkişaf edə bilməyəcəyik.

“Tarix boyu bu yolla gedən dünya dövlətləri (SSRİ başda olmaqla) gözümüzün qabağında iflasa uğradı. Tarixdən ibrət götürmək vaxtı gəlib çatmayıbmı? Uğurlu və uğursuz dövlət sistemlərini fərqləndirən fərdi azadlıqdır, sosial ədalətdir, saglam rəqabətdir, seçkili özünüidarədir, iqtisadi rasionallıqıdır. Hazırda bizdə onların heç birisi yoxdur. Bəlkə bunlara önəm verək? Çünki, başqa alternativimiz yoxdur, çünki, neftin yenidən əvvəlki kimi bahalaşacağı gözlənilmir.
Beynəlxalq praktikadan qaynaqlanan və sınaqdan çıxan tezis odur ki, azadlıqlar olmayan cəmiyyətlərdə, rəqabəti dəstəkləmək əvəzinə inhisarçılığa geniş meydan verən dövlətlərdə nə iqtisasi və nə də siyası inkişaf olmur”, qurum hökumətə xatırladır.

Dünya bazarında neftin qiymətinin uculaşması, neft hasilatının azalması və bu sektorda istehsal xərclərinin artmasından sonra neft gəlirlərinin aşağı düşməsi hətta qısamüddətli dövrdə müşahidə olunan sabitliyə təhlükə yaradır.

“Bu şəraitdə mövcud hakimiyyət üçün yeganə alternativ islahatlara getmək yolu ilə liberal bazar iqtisadiyyatına, açıq ticarətə, rəqabətli investisiya mühitinə və azad biznes fəaliyyətinə şərait yaratmaqdır. Ölkəmizdə saglam və azad bazar iqtisadiyyati sistemi qurulmalıdır. Belə sistemə vətəndaşlar tərəfindən daimi və ciddi nəzarət gərəkdir”, sənəddə deyilir.

ADR bildirir ki, rasionallıq haqqında son 20 ildə hər hansı bir müzakirə olmayib.

“Neftdən qazandığımız 122 milyard dollara yaxın məbləğdən cəmi 35-i qalıb. Bəlkə mərmər döşəmələrə, fişənglərə, dəbdəbəli idman və mədəni tədbirlərə az pul xərcləyək. Yoxsa gələcək nəsillərə necə hesabat verəcəyik? Müasir dünya ilə hərtərəfli əməkdaşlıq etmək, onun tarixi təcrübəsindən yararlanmaq, onun yardımından səmərəli istifadə etmək, sivil dünyanın tərkib hissəsi olmaq inkişafımız üçün mütləqdir. Müxalif fikirli insanlar və təşkilatlar olmasa, dövlət inkişaf edə bilməz! Siyasi və ideoloji rəqabət həm idarəçilikdə səhvlərdən qoruyur, həm də qarşımıza çıxan problemlərin həllində mühüm rol oynayır. İnzibatı idarəçiliyə üstünlük verən avtoritarlaşmış ölkələrin təcrübəsi göstərdi ki, ölkə alternativlər nəzərə alınmadan və bir bir kabinetdən uzun müddət idarə oluna bilməz. Belə idarəçilik indiyə qədər formalaşmiş sabitlik üçün də təhlükədir”.

Qurum hesab edir ki, Azərbaycan cəmiyyətində həmrəylik yaratmaq üçün ilk növbədə siyasi motivlərlə həbs olunmuş şəxslər azad edilməli, fundamental azadlıqlar təmin olunmalı, seçki sistemi təkmilləşməli, mərkəzsizləşdirməyə və özünüidarəyə geniş imkanlar yaradılmalıdır. Bunun üçün də sivil cəmiyyətlərin uğur qazandığı liberallaşma, inhisarsızlaşdırma, mərkəzsizləşdirmə kursu götürülməli, dövlət büdcəsinin və dövlət şirkətlərinin rasional, şəffaf və hesabatlı idarəolunmasına nail olmaq lazımdır.

“Əks tədqirdə ölkədə işzilik və yoxsulluq göstəriciləri pisləşərək, əhalının güzəranı daha da çətinləşəcək. Bu isə sosial konfliktlərin dərinləşməsini şərtləndirə və mövcud sabitliyi poza bilər. Ölkəmiz yol ayrıcındadır, biz əminik ki, vətəndaslarımıza azadlıq verilsə, onların haqları qorunsa, o zaman xalqımızın qüdrətini görəcəyik. Köhnə yolla getsək, hamımızı iflas gözləyir. Ölkənin çiçəklənməsinin, vətəndaşlarımızın xoşbəxt yaşamasının yuxarıda sadaladığımız islahatlardan başqa alternativi mövcud deyil. İnanırıq ki, islahatlar prosesində ictimai iştirakçılıq təmin edilərsə, ölkə iqtisadiyyatının inkişafına əngəl olan maneələr dəf ediləcək və bizi gözləyən sosial təhlükələrdən xilas ola biləcəyik”, bəyanatada deyilir.

Öz növbəsində, Azərbaycan rəsmiləri neft qiymətlərinin aşağı düşməsindən irəli gələnə çətinlikləri dilə gətirsə də ölkəıdə hərtərəfli inkişafıntəmin olunduğunu bildirir. Dövlət başçısı bu iqtisadiyyatın bütün sahələrində və kənd təsəsrrüfatında artım olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG