Accessibility links

ABŞ iqtisadiyyatının durumu: Böhrandan 5 il sonra [Təhlil]


ABŞ iqtisadiyyatının durumu:Böhrandan 5 il sonra
please wait

No media source currently available

0:00 0:02:57 0:00
Böyük depressiya dövründən sonra ilk dəfə yaşanan maliyyə böhranından beş il sonra bankların iflası riski azalıb. Bu, sabiq konqresmen Barni Frankin fikridir. “Hər kəs üçün demək olar ki, iqtisadi vəzyyət 5 il bundan əvvəllə müqayisədə daha yaxşıdır.”

Frank riskin aradan qaldırıldığında, iqtisadçılar isə vəziyyətin tam düzəlmədiyində israr edir.

Konkord Koalisiyasından maliyyə islahatları tərəfdarı Robert Biksbi son böhranın qeyri-adi bir böhran olduğunu deyir. “Bu, şişirdilmiş bir iqtisadiyyatın tənəzzülü idi. Adətən belə hallarda dirçəliş prosesi daha uzun sürür. "

ABŞ-ın 2008-ci ildə bəzi mühüm maliyyə təsisatlarını kreditlə təmin edilməsinə yardım edən sabiq maliyyə naziri Henri Polsonun fikrincə, böhranın dərinləşməməsinə hökumətin 700 milyardlıq yardımı kömək etmişdi. “Amerika xaqlı başa düşmür ki, biz bunu fəlakətin qarşısını almaq üçün etdik. Biz böyük depresssiya bənzər bir vəziyyətlə üzləşə bilərdik.”

İndi 5 il sonra böyük banklar gəlir əldə etməkdədir. ABŞ-ın səhm birjalarında qiymətlər 2008-ci illə müqayisədə 26 faiz artıb. ABŞ-ın aparıcı icraçı direktorları daha artlıq pul qazanır.

Lakin işsizlik səviyyəsi hələ də yüksəkdir. Amerikalıların gəlirləri aşağıdır.

Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bildirdiyinə görə, Amerika inkişaf etmiş ölkələr arasında gəlir bərabərsizliyi baxımından öndə gedir.

Barni Frank bunu belə izah edir. "Qeyri-bərabər gəlirlər, yüksək gəlirlərin inhisarı böhrandan əvvəl də mövcud idi. Maliyyə böhranını həll edərkən pis şeylərin baş verməməsini nəzərdə tutmuşduq. Lakin yaxşılar nəzərə alınmamışdı."

Bəziləri dirçəlişin yaxşı getməməsində hər iki partiyanı günahlandırır.
İqtisadçı Co Qaqnon hesab edir ki, hökumət məsrəflərinin ixtisarı və büdcə kəsiri dirçəlişin yavaş gedəcəyinə işarə idi.

O, büdcə ilinin sonunda mübarizənin qızışacağını proqnozlaşdırır. “Bizə ciddi ziyan vuracaq şey siyasi böhranın qısa müddətli həllinin təsiri olacaq. Hökumətin fəaliyyətinin dayandırılması aylarla sürə bilər."

Digər bir potensial təhlükə faizləri rekord səviyyədə aşağı saxlayan Mərkəzi Bankın valyuta siyasətini dəyişməsi ola bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG