Accessibility links

Birləşmiş Ştatların Mərkəzi Bankının yüksək rütbəli rəsmiləri ötən ilin sonunda müvəqqəti fasilədən sonra iqtisadi artımın nisbətən bərpa olunduğunu deyib.

Federal Ehtiyyatlar Bürosunun sədri Ben Bernanke dünən maliyyə təhlilçilərinin artım faizlərinə dair proqnozlarını nisbətən azaltdıqlarını deyib. O, işsizlik səviyyəsinin də azalacağını ehtimal etdiklərini dilə gətirib.

İdarə heyəti iqtisadiyyatı stimullaşdırmaq məqsədi ilə aşağı faizli kreditlərin verilməsi və qiymətli kağızların alınması səylərini davam etdirməyə səs verib.

Bəzi təhlilçilər deyir ki, Federal Ehtiyyatlar Bürosunun aşağı faizli kreditləri əmanətləri azaltma, kredit verilməsini artırma və investorları riskli bizneslərə pul yatırmağa həvəsləndirmə ilə iqtisadiyyata müsbət təsir edəcək.

Show comments

XS
SM
MD
LG