Accessibility links

ARDNŞ-in Hüquq İdarəsinin rəisi: Mədən ərazilərində bəzi tikililərə hüquqi status verilə bilər


ARDNŞ-in Hüquq İdarəsinin rəisi: Mədən ərazilərində bəzi tikililərə hüquqi status verilə bilər
ARDNŞ-in Hüquq İdarəsinin rəisi: Mədən ərazilərində bəzi tikililərə hüquqi status verilə bilər

Mədən ərazilərində 10 minlərlə qanunsuz tikinti var

“ARDNŞ evlərin söküntüsü ilə bağlı qərar vermir. Bu qərar məhkəmə tərəfindən verilir və icraata da məhkəmə tərəfindən nəzarət olunur. ARDNŞ-ın vəzifəsi ərazisində ev tikən sakinləri məhkəməyə vermək və qanunuzluğun aradan qaldırılması üçün hüquqi addımlar atır. Məhkəmə də qanunsuz tikililərin sökülməsinə qərar verib. Lakin bir qurum kimi vətəndaşları düşünüb söküntü işlərinə təzyiq etmirik. Bu, qeyri-müəyyən vaxta kimi belə olacaq. Təkcə Binəqədi rayonunda 35 min sökülməli olan tikili var. Bu insanları necə evindən etmək olar?"

Bu barədə fevralın 19-da ARDNŞ-nin Hüquq İdarəsinin rəis müavini Tərlan Tahirov dünən bildirib.

Öz növbəsində, ARDNŞ-in Hüquqi mübahisələr və müqavilələrlə iş şöbəsinin rəisi Comərd Mustafayev deyib ki, Binəqədi rayonu üzrə 9392 evin sökülmsəi ilə bağlı məhkəməyə müraciət edilib.

“Hazırda 4172 müraciət ilə bağlı məhkəmə qətnamə çıxarıb.Bundan əlavə, 10 minə yaxın evin sökülməsi ilə bağlı da müraciət olunacaq”.

Mustafayev jurnalistlərin sualının cavabında deyib ki, Bakı və Bakıətrafı digər rayonlardakı qanunsuz tikililərlər bağlı da danışıb.

“Səbayel rayonu ərazisində 2 min evin sökülməsi ilə bağlı məhkəmə qətnaməsi var. Sabunçu rayonunda 6321 evin sökülməsi ilə bağlı müraciət olunub və 4500-ə qədər evin sökülmsəi il bağlı qətnamə var. Xətai rayonunda 444, Nizami rayonunda179 evlə bağlı müraciət olunub, 141 ev barədə məhkəmə qətnamə qəbul edib. Xəzər və Qaradağ rayonlarında isə 1500-ə yaxın evin sökülməsi barədə qətnamə çıxarılıb”.

ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov Turanın sualının cavabında deyib ki, ARDNŞ ev sökmür, bu barədə məhkəmə qərarları var.

Orucov həmçinin deyib ki, bəzi tikililər tanına bilər.

“Tikililərin sayının artmaması şərtilə proses leqallaşa bilər. Mədən ərazilərində bəzi tikililər var ki, onlara hüquqi status verilə bilər. Lakin tikililərin sayının artmaması və mülkiyyət hüququ verilməməsi şərtilə bu proses reallaşa bilər. Çünki bu ərazilərdə tikililər sökülsə belə, orada quyuların istismarı sərf etmir. Bu səbəbdən layihə üzərində iş gedir. Layihə gerçəkləşərsə, ARDNŞ-in nəzdində olan bəzi qanunsuz tikililər tanınacaq. Amma bəzi ərazilər var ki, orada quyuları belə təmir edə bilmirik. Layihə bu ərazilərə şamil olunmayacaq”.

O zəbt olunmuş torpaqlarla bağlı sakinlərin ARDŞ-I məhkəməyə verməsini düzgün saymır. “Sakinlər ARDNŞ-i yox, bələdiyyələri məhkəməyə verməlidir. Şirkət nəzdində olan torpaqlarda tikinti aparan sakinlər bizi məhkəməyə verir. Onlarda belə bir fikir formalaşıb ki, məhkəmə yolu ilə ARDNŞ kompensasiya ödəyəcək. Bələdiyyələr isə məhkəməyə verilmir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG