Accessibility links

Cahangir Hacıyevin vəkili: Kreditlərdən Müşahidə Şurası xəbərdar idi, qanunsuz idisə vaxtında müdaxilə etməli idi [Audio-Müsahibə]


Cahangir Hacıyev
Cahangir Hacıyev

Beynəlxalq Bankın keçmiş sədrinin vəkili Aqil layıcovun Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin vəkili Aqil Layıcov Amerikanın Səsinə müsahibəsində müdafiə etdiyi şəxsin istintaq təcridxanasına köçürülməməsindən, hüquqlarının pozulmasından, problemli kreditlərin məbləğindən və məsuliyyət dairəsindən danışıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə dekabrın 5-də Cahangir Hacıyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələr ilə iittiham olunur.

please wait

No media source currently available

0:00 0:03:20 0:00

Amerikanın Səsi: Cahangir Hacıyevə qarşı irəli sürülən ittihamlar nə dərəcədə realdır, ittihamları qəbul edirmi?

Aqil Layıcov: Əlbəttə, qəbul etmir. Çünki verilən kreditin riski həmişə var, kreditin qaytarılmamasına görə verilən ittihama görə özünü təqsirsiz bilir.

Amerikanın Səsi: Cahangir müəllimin cəmiyyətə, hökumətə bir bəyanatı varmı?

Aqil Layıcov: Hər hansı bəyanatı yoxdur. Sadəcə gedib indi özü ilə görüşəcəm. Bəyanatı olarsa deyə bilərəm. Ancaq, ona qanunsuz olaraq yemək verilməsi (evdən gətirilən yemək-red), sovqat və banderol verilməsi qadağan olunub. Ailəsi ilə telefonla danışa bilmir. Onun yuxusu məhdudlaşdırılır və oradakı yeməyə adaptasiya oluna bilmir.

Amerikanın Səsi: Cahangir müəllim kreditlərin verilməsində nə qədər məsuliyyət daşıyır?

Aqil Layıcov: İşin ən aktyual və həlledici məqamı ondan ibarətdir ki, bu kreditlərə görə kim məsuliyyət daşıyır. Çünki banklardan kreditin verilməsi meyarlarında şöbə rəhbərinin məsuliyyət daşıdığı anlar da var, İdarə Heyətinin məsuliyyət daşıdığı hallar da var, böyük kreditlərdə isə Müşahidə Şurasının məsuliyyət daşıdığı hallar var. Bunların çoxu böyük kreditlərdir, bu kreditlərin verilməsinə birbaşa Müşahidə Şurası nəzarət etməli idi və edib-etməməsi məsələsi bu gün başqa mövzudur. Yenə deyirəm, bu məsələlərdən Müşahidə Şurası xəbərdar idi, əgər qanunsuz idisə vaxtında müdaxilə etməli idi.

Amerikanın Səsi: Cahangir müəllimə qarşı nə qədər problemli kredit var?

Aqil Layıcov: Cahangir müəllimə qarşı hər hansı kredit yoxdur. Onunla bağlı Cahangir müəllimə qarşı hər hansı iddia da yoxdur. Sadəcə olaraq verilən kreditlərdir. Deyirlər səlahiyyəti aşıb veribsən, layihələr üzrə xərclənməyib. Amma, biz hesab edirik ki, kreditlərin hamısı layihələr üzrə xərclənib. Eyni zamanda bu, Cahangir müəllimdən tutmuş, Müşahidə Şurasının səlahiyyətlətinə aiddir, onlar məsuliyyət daşımalıdır. Cahangir müəllimin də Müşahidə Şurasına aidiyyatı yoxdur, Müşahidə Şurasında təmsil olunmur.

Amerikanın Səsi: Cahangir müəllim indi harada saxlanılır?

Aqil Layıcov: Baş Mütəşəkkil Cinayətkarlı İdarəsində (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) saxlanılır.

Amerikanın Səsi: Bəs, o istintaq təcridxanasına köçürülməyəcək? Gündəlikdə varmı bu?

Aqil Layıcov: Gündəlikdə deyəndə, bu qanunun tələbidir. Məhkəmə qərarında yazılıb ki, həbs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə olunsun. Bu o deməkdir ki, 24 saat müddətində Bakı İstintaq Təcridxanasına köçürülməli idi. Amma, hazırda da onu orada (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) saxlayırlar. Onunla bağlı da biz məhkəmə nəzarəti qaydasında ərizə vermişik. Bandotdelin (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-red) hərəkətlərindən şikayət vermişik, dekabrın 17-də şikayətə baxılacaq.

Amerikanın Səsi: Burada problemli kreditlərin həcmi təxminən nə qədərdir? Biri 10 milyard, biri 5 milyard deyir.

Aqil Layıcov: Yox, 400 milyona yaxındır. 400 milyonun da 200 milyonu Cahangir müəllim azadlıqda olan vaxtı qaytarılıb. Yəni, Cahangir müəllimin də özünün müəyyən kanalları var. Bilir ki, hansı kredit haraya gedib, hansı layihələrə gedib. İş ondandır ki, Cahangir müəllim həbs olunduqdan sonra bir manat da ödənilməyib. Bu işdə ləngimə var. Bu o deməkdir ki, istintaqın və məhkəmənin gəldiyi qənaət düzgün deyil. Şəxsin azad olunmasının istintaqın gedişinə və kreditlərin ödənilməsinə müsbət təsiri var.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG