Accessibility links

ABŞ prezidenti yeni vergi planını açıqlayıb


ABŞ prezidenti Barak Obama yeni iş proqramlarının maliyyələşdirilməsi qarşılığında korporativ vergilərin azaldılmasını təklif edib.

Prezident Tennesi ştatının Çattanoqa şəhərində onlayn pərakəndə mallar satan Amazon şirkətinin distribyuter mərkəzində çıxışı zamanı təklifini açıqlayıb.

Cənab Obama planını respublikaçılarla əldə etməyə cəhd göstərən böyük sövdələşmə kimi təqdim edib. O, plan sayəsində ölkənin vergi qanunlarının yenidən gözdən keçiriləcəyini, büdcə kəsiri xərclərinin azaldılması və vergi gəlirləri yoluyla aradan qaldırılacağını bildirib.

Cənab Obamanın Konqresin Nümayəndələr Palatasında çoxluq təşkil edən Respublikaçı konqresmenlərlə bu razılığı əldə edə biləcəyi hələlik aydın deyil. Bu yaxınlarda Respublikaçılar prezidentin zəngin amerikalılara yüksək vergi tətbiq olunması barədə səylərinin qarşısını almışdılar.
XS
SM
MD
LG