Accessibility links

Bakıda 2-ci Regional İnternet İdarəçilik Forumu keçiriləcək


Bakıda 2-ci Regional İnternet İdarəçilik Forumu keçiriləcək

Bakıda 2-ci Regional İnternet İdarəçilik Forumu keçiriləcək

Forum dekabrın 3-dək davam edəcək

“Bakutel-2014” Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində dekabrın 2-3-də Bakıda “İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma” mövzusunda ikinci regional İnternet idarəçilik forumu keçiriləcək.

Bu dəfəki forum BMT-nin İnkişaf Proqramı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) birgə reallaşdırdığı “Azərbaycanda İKT infrastrukturunun və xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində təşkil olunacaq.

Nazirlikdən bildirilib ki, forumda “Rəqəmli erada hökumətin transformasiyası: Açıq hökumət məlumatının Azərbaycanda yeni inkişafı və istiqamətləri”, “Avrasiya və Azərbaycan regionunda elektron-təhsil imkanlarının yaradılması”, “İKT innovasiyaları vasitəsilə davamlı inkişaf və ətraf mühitin qorunması” və bu kimi digər mövzular müzakirə ediləcək.

Forumda hüquqşünas Ələsgər Məmmədli,Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, eləcə də Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat Nazirliyindən beynəlxalq ekspertlər çıxış edəcəklər.

Dekabrın 3-də Bakutel 2014 sərgisinə iştirakçıların səfəri nəzərdə tutulub.

Qeyd edək ki, ötən il dekabrın 2-5-də Bakıda BakuTel-2013” beynəlxalq sərgi-konfransı çərçivəsində Birinci Regional İnternet İdarəçilik Forumu keçirilib.

Forum BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti, BMT-nin Azərbaycan Nümayəndəliyi vəRabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Azərbaycan İnternet Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirin əsas mövzusu “İnternet regional inkişaf və irəliləyişin hərəkətverici qüvvəsi kimi” olacaq.

Forum çərçivəsində “İnternet İdarəçiliyi regional münasibətlərin inkişafı kimi”,“Yeni tendensiyalar, imkanlar və risklər”, “Sosial şəbəkələr və sosial media rəqəmsal geriliyin həlli kimi”, “Regional informasiya təhlükəsizliyi və Kibercinayətkarlıq”, “Azərbaycanda İnternet idarəçiliyi və milli İnternet infrastrukturu” kimi mövzular müzakirə edilib.

XS
SM
MD
LG