Accessibility links

Xoşbəxt Yusifzadə: Azərbaycanın 10 milyard ton karbohidrogen ehtiyatı var [Video-müsahibə]


Xoşbəxt Yusifzadə: Azərbaycanın 10 milyard ton karbohidrogen ehtiyatı var
please wait

No media source currently available

0:00 0:05:26 0:00

Xoşbəxt Yusifzadə: Azərbaycanın 10 milyard ton karbohidrogen ehtiyatı var

ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin Amerikanın Səsinə müsahibəsi

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Amerikanın Səsinə müsahibəsində Azərbaycanın neft-qaz, kəmər siyasəti, neft və qaz ehtiyatlarından danışıb.

Amerikanın Səsi: Bu ilki neft-qaz sərgisində neçə ölkədən, nə qədər şirkət iştirak edir?

Xoşbəxt Yusifzadə: Sərgidə 27 ölkədən 315 şirkət iştirak edir.

Amerikanın Səsi: Bu ilki neft-qaz sərgi-konfransının əsas prioriteti nədir?

Xoşbəxt Yusifzadə: İl boyu əldə edilən nailiyyətlər hər il bu konfranslarda məruzə edilir, camaata çatdırılır.

Amerikanın Səsi: Bu ilki sərgi-konfrans dünyada neft qiymətlərinin kəskin ucuzlaşması şəraitində baş verir. Münasibətiniz necədir? Prioritet gələcəkdə necə olacaq?

Xoşbəxt Yusifzadə: 62 ildir ki, mən neft sənayesində işləyirəm. Mənim işlədiyim müddətdə həmişə neftin qiymətlərinin düşüb-qalxmasının şahidi olmuşam. Neftin qiyməti həmişə dalğavaridir. Heç yadımdan çıxçmaz, 1994-cü ildə “Əsrin müqaviləsi” ilə bağlı söhbət aparanda neftin bir barrelinin qiyməti 13 dollar idi. Sonra 100 dollardan artıq oldu, biz buna öyrəndik. İndi bir az düşüb aşağı, necə deyərlər, hamı müəyyən qədər qorxuya düşüb. Amma, mənə elə gəlir ki, yenə də dəyişikliklər olacaq. Dalğavaridir, yenə artacaq. Böyük bir təhlükə yaratmır.

Amerikanın Səsi: Dünyada artıq enerji siyasətində şist qazları və mezozoy çöküntüləri ilə bağlı yeni siyasət var. Azərbaycanda bu sahədə hansı işlər görülür?

Xoşbəxt Yusifzadə: Biz mezozoy çöküntülərində ümumiyyətlə Sovet vaxtında da çox işlər görmüşük. Amma, o vaxtlar sənaye miqyasında neft tapmamışdıq. Olmuşdu, elə quyular var idi ki, böyük dərinliklərə getmişdi. Amma, sənaye miqyasında lazımi qədər neft tapmamışdıq. İndi texnika, texnologiya çox qabağa gedib. İndi biz təzədən Azərbaycanın quru hissəsində başlamışıq mezozoy çöküntülərində işləməyə. Həm xaricilərlə bir yerdə işləyirik, həm özümüz işləyirik. Gəlcəkdə, bir-iki ilə orada quyu qazmaq məsələsinə yenidən qayıtmalı olacağıq. Amma şistlərdə, bu dünyada, amerikada və başqa ölkələrdə bunun çox tərəfdarları da var, əleyhdarları da, bu ekologiyaya görə. Buna baxmayaraq, biz də bu işin üzərində işləyirik. ConocoPillips, Statoil və başaq xarici şirkətlər var. Biz də lazım olsa gələcəkdə bu məsələni qaldıracağıq.

Amerikanın Səsi: Ölkənin hazırda neft-qaz ehtiyatlarının qiymətləndirilməsi necədir? Real ehtiyatlar nə qədərdir, təxminlər necədir?

Xoşbəxt Yusifzadə: Bizim çıxarıla bilən real neft ehtiyatımız 2 milyard tondur, 2 milyard ton da proqnoz ehtiyatlarımız var. Çıxarıla bilən qaz ehtiyatlarımız təxminən 2 trilyon 550 milyard kub metrdir, qalan da proqnoz ehtiyatlarıdır. Ümumiyyətlə qazın çıxarıla bilən və proqnoz ehtiyatları 6 trilyon kub metrdir. Qazı da neft kimi göstərsək bizim ümumi neft və qazı ehtiyatlarımız 10 milyard ton karbohidrogen ehtiyatlarıdır.

Amerikanın Səsi: Kəmər siyasəti ilə bağlı vəziyyət necədir? Çünki beynəlxalq ekspertlər qeyd edir ki, TAP və TANAP layihəsi elə qurulmalıdır ki, sonradan genişləndirmək imkanı olsun.

Xoşbəxt Yusifzadə: O əsasən təzyiqdən asılıdır. Kompressor təsərrüfatından asılıdır. Təzyiq nə qədər çox olsa, hökm deyil, kəməri genişləndirəsən. Təzyiq çox olsa nəql olunan qazın miqdarını da artırmaq mümkündür.

Amerikanın Səsi: Orta Asiya qazının, Türtkmənistan və sonra Özbəkistan qazının Azərbaycan vasitəsi ilə Avropa bazarına daşınması mümkündürmü?

Xoşbəxt Yusifzadə: Həyatda mümkün olmayan yoxdur. Hamısı baxır, iqtisadi cəhətdən həmin ölkələrə xeyri var, ya yoxdur. Amma, mən elə bildirəm ki, gələcəkdə bu məsələlər də həll olunacaq.

Amerikanın Səsi: İranın TAP layihəsinə qoşulması məsələsində vəziyyət necədir? Danışıqlar varmı?

Xoşbəxt Yusifzadə: Danışıqlar yoxdur. Amma, o məsələdə hələ söhbət gedir. Ola bilər gələcəkdə olsun. Bizim kəmərlər elə genişdir ki, kim istəsə gələcəkdə bu kəmərə qoşulsun, qoşula bilər, o cümlədən də İran.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG