Accessibility links

Fevralın 22-də Azərbaycan Dövlət Neft Fondu Mərkəzi Bankın hərracında 13 kommersiya bankına 177 milyon 450 min ABŞ dolları satıb.

Dövlət Neft Fondu hərraca 200 milyon dollar çıxarıbmış.

Dolların manata məzənnəsində möhkəmlənmə müşahidə edilir. Belə ki, ABŞ dollarının məzənnəsi fevralın 22-də 1,5604 manat olubsa, fevralın 23-də 1 dollar=1,5612 olacağı proqnozlaşdırılır.

Kommersiya banklarının dollar alışında birdən sıçrayış baş verib. Ötən həftə kommersiya banklarının bir gündə maksimum tələbatı 10 milyon dollardan 33,6 milyon dollaradək olub.

XS
SM
MD
LG