Accessibility links

Mərkəzi Bank: Sosial şəbəkələrdə yayılan məktub saxtadır


Mərkəzi Bank

Mərkəzi Bank

Sosial şəbəkələrdə altında Mərkəzi Bankın (MB) sədr müavinin adı yazılan və martın 18-dən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan bir məktub yayımlanıb.

Məktubda qeyd olunur ki, MB martın 18-dən "üzən məzənnə" rejimindən imtina edəcək.

Mərkəzi Bank bununla bağlı bildirir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır. Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur.

Mərkəzi Bank: Sosial şəbəkələrdə yayılan məktub saxtadır

Mərkəzi Bank: Sosial şəbəkələrdə yayılan məktub saxtadır

XS
SM
MD
LG