Accessibility links

Qubad İbadoğlu: Mərkəzi Bankın siyasətinin arxasında iqtisadi məntiq durmur [Video-Müsahibə]


Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlunun Amerikanın Səsinə müsahibəsi

Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində ölkədə iqtisadi durum, manatın məzənnəsi, maliyyə bazarındakı vəziyyətdən danışıb.

Amerikanın Səsi: Azərbaycanın maliyyə bazarında hazırki durum necədir?

Prosesi yenidən islahatlar müstəvisisnə gətirmək lazımmdır.

Qubad İbadoğlu: Azərbaycanda maliyyə-kapital bazarı özünün böhranlı dövrünü yaşayır. Çünki bundan əvvəl iki dəfə devalvasiya baş verib. Ölkədə maliyyə bazarının iştirakçısı olan banklar, sığorta şirkətləri, investisiya kampaniyaları bu devalvasiyadan ciddi şəkildə təsirləniblər. Hal-hazırda banklarda problemli kreditlərin həcmi artır, bankların kredit portfeli pisləşməkdə davam edir. Eyni zamanda sığorta şirkətləri və digər investisiya kampaniyalarının da bu bazarda əvvəlki kimi geniş imkanları yoxdur. Çünki bazarda, bütövlükdə götürdükdə əməliyyatların da məhudulaşdırılması prosesi müşahidə olunmaqdadır. Mən düşünürəm ki, maliyyə bazarının hazırki vəziyyətindən ən çox əziyyət çəkən Azərbaycan banklarıdır. Bu baxımdan da banklarla bağlı başlanan islahatları Azərbaycanın Mərkəzi Bankı davam etdirməlidir. Bundan əvvəl bilirsiniz ki, birləşəmə olub, eyni zamanda bankların bağlanması prosesi gedib. Amma sonradan artıq devalvasiya ilə bağlı müəyyən proseslər gedəndən sonra və eyni zamanda əmanətlərin sığortalanması fondunun yeni qaydalarla işləməyə başlaması demək olar ki, bu prosesi tormozladı. Düşünürəm ki, prosesi yenidən islahatlar müstəvisisnə gətirmək lazımmdır.

Amerikanın Səsi: Belə bir beynəlxalq söz var, “banklarda çaxnaşma cəmiyyətdə çaxnaşma deməkdir”. Banklardakı bu vəziyyətin cəmiyyətə, həyata, yaşayış səviyyəsinə təsirləri nədir?

Təxminən 2,5 milyon Azərbaycan vətəndaşının banklar qarşısında müəyyən öhdəlikləri var

Qubad İbadoğlu: Bilirsiniz, təxminən 2,5 milyon Azərbaycan vətəndaşının banklar qarşısında müəyyən öhdəlikləri var. Bu son nəticədə kreditlərlərlə bağlıdır. Mən hələ əmanətlər hissəsini demirəm. Çünki əmanətlərə görə bankların vətəndaşlar qarşısında öhdəlikləri var. Bu əmanətlər prosesində iştirak edən vətəndaşların sayı daha çoxdur. Bu gün banklar bizim həyatımızın bir hissəsinə çevrilib. Bizim bütün iqtisadi, maliyyə, məişət əməliyyatlarımız bankla bağlı proseslərlə əlaqədardır. O halda bankların bağlanması, bankların problemləri son nəticədə cəmiyyətdə təbii ki, çaxnaşmaya gətirib çıxara bilər. Çünki kifayət qədər böyük öhdəlikləri olan banklar var, onlar öhdəliklərini yerinə yetirmədiyi halda vətəndaşlar, təbii ki, banklarla müştərilər arasındakı münasibətlər ciddi şəkildə gərginləşə bilər. Bu da müəyyən mənada hökumətlə vətəndaşlar arasında gərginlik müstəvisinə keçə bilər.

Amerikanın Səsi: Manat dollara nicbətdə möhkəmlənməkdə davam edir. Amma bir çox iqtisadçılar ölkədə yeni devalvasiya olmasından xəbər verir. Mövcud vəziyyəti necə şərh edərdiniz?

Devalvasiyanın olması ilə bağlı verilən şərhlərin əsasını iqtisadi məntiq təşkil edir.

Qubad İbadoğlu: Manatın dollara qarşı möhkəmlənməsi ilə bağlı Mərkəzi Bankın siyasətinin arxasında heç bir iqtisadi məntiq durmur. Amma, devalvasiyanın olması ilə bağlı verilən şərhlərin əsasını iqtisadi məntiq təşkil edir. Çünki bu gün Azərbaycanda, əgər iqtisadiyyatımızda Ümumi Daxili Məhsulun (ÜDM) aşağı düşməsi prosesi müşahidə olunursa, neft qiymətlərində əvvəlki ilə müqayisədə ucuzlaşma varsa və bütövlükdə ölkənin valyuta bazarına yeni valyuta axınları yoxdursa, bu halda təbii ki, Azərbaycan manatı mütləq ABŞ dollarına nisbətən ucuzlaşmalıdır. Mərkəzi Bank isə özünün valyuta rezervlərinin hətta azlığı şəraitində də əks siyasət aparır. Dövriyyədəki manat kütləsinin qıtlığını yaratmaqla bir növ prosesi tənzimləmək niyyətindədır. Eyni zamanda mən hesab edirəm ki, bunun da müəyyən mənada əks effektləri və fəsadları ola bilər.

Amerikanın Səsi: Amma malıiyyə bazarını təkcə Mərkəzi Bank idarə etmir. Burada Maliyyə Nazirliyi, qiymətli kağızalar birliyi var...

Qubad İbadoğlu: Kapital bazarına nəzarət edən hüquqi şəxs yaradılıb. Bu da maliyyə bazarındakı əməliyyatlarla bağlı müəyyən öhdəliklərə, məsuliyyətlərə malikdir. Amma, təəsüflər olsun ki, onlar arasında əlaqələndirilmiş və koordinasiya olunmuş siyasət yoxdur. Bu son nəticədə Azərbaycanın ÜDM-nin də aşağı düşməsinə gətirib çıxarır.

Amerikanın Səsi: Amma, hökumət var, Nazirlər Kabineti var. Nəzarət funksiyasını həyata keçirirmi?

Nazirlər Kabinetinin fəaliyyəti hiss olunmur. Bu fəaliyyətin hiss olunmaması koordinasiyanın həyata keçirilməməsi, mərkəzdə duran, eyni zamanda lokomotiv xarakterli bir iqtisadi aparıcı təşkilatın bu prosesin önünə çıxmaması çox ciddi problemlər yaradır.

Qubad İbadoğlu: Çox pis haldır ki, ümumiyyətlə Azərbaycanda hökumətin, Nazirlər Kabinetinin fəaliyyəti hiss olunmur. Bu fəaliyyətin hiss olunmaması koordinasiyanın həyata keçirilməməsi, mərkəzdə duran, eyni zamanda lokomotiv xarakterli bir iqtisadi aparıcı təşkilatın bu prosesin önünə çıxmaması çox ciddi problemlər yaradır. Çünki bir tərəfdən Mərkəzi Bank buxovlayıcı monetar siyasət yeridir, dövriyyədəki pul kütləsini məhdudlaşdırır və bunun sayəsində istəyir ki, həm manatı tənzimləsin, həm də infilyasiya üzərində nəzarəti həyata keçirsin, digər tərəfdən isə Maliyyə Nazirliyi Azərbaycan dövlət büdcəsinin xərclər hissəsini birinci rübün nəticələrinə görə, demək olar ki, hər 4 manatdan 3-nü xərcləyib, bir manatını qənaət edib, büdcədə profsit yaradıb. Bunun nəticəsində həm də Maliyyə Nazirliyinin fiksal siyasəti nəticəsində işgüzar fəallıq və alıcılıq qabiliyyəti aşağı düşüb. Hər iki təşkilatın, həm Maliyyə Nazirliyinin, həm də Mərkəzi Bankın özünün fəaliyyəti nəticəsində işgüzar fəallığın aşağı düşməsi və alıcılıq qabiliyyətinin azalması ÜDM-nin artımına neqativ təsirlər göstərir və artıq bu ilin iki ayının nəticələrinə görə ÜDM 3,2 faiz azalıb. Düşünürəm ki, rübün nəticələri ola bilsin ki, bundan da pis olsun. Bunun əsas səbəbi odur ki, Nazirlər Kabineti nominal təşkilatdır, o cümlədən baş nazir real olaraq proseslərə cəlb olunmayıb. Kompleks proqram yoxdur, aparıcı təşkilat müəyyənləşdirilməyib. Eyni zamanda prezidentin islahatlar üzrə köməkçisinin rəhbərliyi ilə yaradılmış islahat komissiyası da bu gün ona adekvat olan hüquqlara və vəzifələrə malik deyil. Yəni o orqanın da bu prosesdə iştirakı yalnız konseptual və proqram əsaslarının yaradılmasından ibarətdir. Ondan o tərəfə onların fəaliyyəti görsənmir. Çünki hüquq və səlahiyyətləti məhduddur.

Amerikanın Səsi: İqtisadçılar ölkədə iqtisadi tənəzzülün başlanmasını qeyd edir. Bunun səbəbi nədir? Mövcud vəziyyətdən çıxışı nədə görürsünüz?

Həm Maliyyə Nazirliyinin, həm də Mərkəzi Bankın, - biri manat kütləsinin qıtlığını yaratmaqla, digəri isə büdcənin investisiyalar, kapital qoyuluşuna yönələn xərcləri ixtisar etməklə bağlı həyata keçirdiyi siyasət nəticəsində iş yerləri də bağlanır.

Qubad İbadoğlu: Bilirsiniz, iqtisadi tənəzzül artıq bu ildən müşahidə olunur. Bu il iki ayın nəticələri rəsmi olaraq bunu təsdiq edir. İl ərizndə də iqtisadi tənəzzülün davam edəcəyi gözlənilir. Çox təəssüflər olsun ki, iqtisadi tənəzzülə baş vuran ölkədə iqtisadiyyat kiçilir, əhalinin gəlirləri azalır, işçilərin fəallığı, alıcılıq qabiliyyəti aşağı düşür. İş yerlərinin bağlanması prosesi gedir. Həm Maliyyə Nazirliyinin, həm də Mərkəzi Bankın, - biri manat kütləsinin qıtlığını yaratmaqla, digəri isə büdcənin investisiyalar, kapital qoyuluşuna yönələn xərcləri ixtisar etməklə bağlı həyata keçirdiyi siyasət nəticəsində iş yerləri də bağlanır. Bu həm də sosial gərginliyin artmasına gətirib çıxarır. Ona görə düşünürəm ki, ilk növbədə Mərkəzi Bank buxovlayıcı monetar siyasətdən genişləndirilmiş monetar siyasətə keçməlidir. Mərkəzi bank manatın məzənnəsi ilə bağlı iqtisadi məntiqə sığmayan, heç bir əsası olmayan siyasətindən geri çəkilməlidir. Manatın məzənnəsi ilə iqtisadi artım tempi arasında, iştirakçıların valyuta bazarına gətirdiyi kapital arasında müəyyən bir asılılıq olmalıdır, əlaqə olmalıdır. Manatın məzənnəsi ona uyğun tənzimlənməlidir. Maliyyə Nazirliyi də mövcud reallığı nəzərə alaraq yalnız cari xərclərin maliyyələdirilməsi ilə deyil, həm də kapital qoyuluşunun maliyyələşdirilməsi ilə bağlı büdcədən kanallar açmalıdır ki, işgüzar fəallıq artsın. Nəhayət, ən vacib məsələlərdən biri biznes üçün əlverişli investisiya mühiti yaratmaqdır. Bunun üçün də Azərbaycanda kompleks islahatlar getməlidir. İlk növbədə korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir.

XS
SM
MD
LG