Accessibility links

Oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Cahangir Hacıyev və daha 7 nəfərin işi üzrə məhkəmə prosesində vəkillərin müdafiə çıxışı başlayıb.

Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildiirb ki, müdafiə çıxışında bu işin cinayət tərkibi olmadığını deyib.

Bu işdə ibtidai istintaqın göstərdiyi mütəşəkkil dəstə mövcud deyil. İttham tərəfi bu "mütəşəkkil dəstənin" barəsində bir dənə də olsuin məhkəməyə sübut təqdim etməyib. Verilən bütün ittihamlar süni ittihamlardır.

"Biz hesab edirik ki, Cahangir Hacıyevə qarşı irəli sürülən itiham tamamilə qanunsuz və əsassızdır. Bu işə mülki icraat qaydasında baxılmalıdır. İttiham əvvəlcə 179.3.1 (mənimsəmə və israfetmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə verilib, sonradan ittihamın həcmi genişləndirilib. İttihamları qərəzli hesab etdiyimizdən dəfələrlə vəsatətlər təqdim etmişik. Bu işdə ibtidai istintaqın göstərdiyi mütəşəkkil dəstə mövcud deyil. İttham tərəfi bu "mütəşəkkil dəstənin" barəsində bir dənə də olsuin məhkəməyə sübut təqdim etməyib. Verilən bütün ittihamlar süni ittihamlardır”, vəkil qeyd edib.

Sonda vəkil müdafiə çıxışında məhkəmədən Cahangir Hacıyev barəsində bəraət hökmünün çıxarılmasını istədiyini deyib.

Proses günün ikinci yarısında digər vəkillərin çıxışı ilə davam edəcək.

Prokuror Fərid Nağıyev deyib ki, C.Hacıyev həyat yoldaşı Zamirə Hacıyeva və digərləri ilə birlikdə dövlət əmlakını talayıb, vəzifə saxtakarlığı edib.

Sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevə 17 il həbs istəyib.

O, Cahangir Hacıyevin və digərlərinin 3 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilmələrini, Cahangir Hacıyevin 17 il, İlqar Abdullayevin 8 il, Yusif Ələkbərovun 11 il, İbrahim Hüseynovun 11 il, Anar Sultanovun 8 il, Məhəmməd Cahangirovun 8 il, Kənan Orucovun 7 il 6 ay 23 gün, Azad Cavadovun 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Prokuror Fərid Nağıyev deyib ki, C.Hacıyev həyat yoldaşı Zamirə Hacıyeva və digərləri ilə birlikdə dövlət əmlakını talayıb, vəzifə saxtakarlığı edib.

XS
SM
MD
LG